Musiqili Teatrda üç yeni tamaşanın məşqləri gedir

Musiqili Teatrda üç yeni tamaşanın məşqləri gedir, Javid

Sənət ocağında ilin ilk premyerası “Balaca şahzadə” olacaq

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Sənət ocağının yaradıcı kollektivi bu il də ənənəyə sadiq olmaqla teatrsevərlər üçün bir neçə yeni tamaşa hazırlayır. Belə ki, sənət ocağında ilin ilk premyerası “Balaca şahzadə” adlı səhnə əsəri olacaq.

Bundan başqa, yaradıcı heyət iki yeni səhnə əsərinin - “Çarəsiz sərnişinlər” və “Buratino”nun məşqlərini davam etdirir. Səhnə əsərlərinin premyeralarının tarixi yaxın vaxtlarda teatrın mətbuat xidməti tərəfindən açıqlanacaq. (AzərTac)

Bakucity.az

Musiqili teatr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər