Bakının hotelləri boşalıb - Ərəblər üçün sadələşmiş viza ləğv edildi - bakucity.az

Bakının hotelləri boşalıb - Ərəblər üçün sadələşmiş viza ləğv edildi

Turistlərin sayı 70-80% daha azdır. 

Ötən ilin ortalarından başlayaraq Azərbaycana xaricdən gələn turistlərin sayında kəskin azalma müşahidə olunur.

Bakucity.az xəbər verir ki, bu Fed.az məlumat verib.

Turizm eksperti Firdovsi Xəlilov bildirib ki, bir neçə il əvvəl – 2015-2016-cı illərlə müqayisədə ölkəmizə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var:

"2015-16-cı ilin yanvarında artıq hotellərimiz mart ayına, Norvuz bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib”.

Ekspertin sözlərinə görə, turizm axınının böyük hisəsini iranlı turistlər təşkil edirdi, onların həm sayı çox idi, həm də yüksək və orta qiymətli hotellərdə yaşayırdılar:

"İranlılar 4-5 ulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq hotellərdə qalırdılar”.

İndi isə vəziyyət dəyişib. Yanvar ayı olmasına baxmayaraq Novruz bayramı üçün hotellərin heç də hamısı tutulmayıb:

"Turistlərin sayı 70-80% daha azdır. Hətta 40-50 dollarlıq hotellər də boşdur”.

Ekspetin sözlərinə görə, hazırda Azərbaycana gələn ərəb turistlərinin əksəriyəti Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından gəlir:

"Amma Dubaydan gələnləri biz "28 Mall” və ya "Gənclik Mall”la təəccübləndirə bilmərik, onlar bu məsələlərin ən yaxşılarını görüblər”.

F.Xəlilov bildirib ki, İran turistlərinin azalmasının səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub:

"Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə iranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb”. 

Ekspert deyir ki, hazırda iranlılar Azərbaycan vətəndaşlarının 2-3 il əvvəl yaşadıqlarını yaşayırlar:

"Onların nə hiss etdiyini biz də başa düşə bilərik. 2015-ci ilədək bizdə xaricdə səyahətə meylli idik, amma bizim valyuta 2 dəfə dəyərsizləşdi, İranda isə bu azalma daha kəskin oldu və bu, özünü turizmdə də göstərir”.

F.Xəlilovun sözlərinə görə, İranla bağlı əsas problemlərdən biri odur ki, Azərbaycan şirkətləri indiyədək İranın ən böyük bazarı olan Tehrana çıxa bilməyib, buradakı turizm sektoru ilə davamlı əlaqə yaratmayıb:

"Tehran 15 milyon əhalisi olan şəhərdir, ən əsası, burada İranın ən varlı şəhəridir, bütün pullar da buradadır. Amma bizim şirkətlər Tehran bazarı ilə, demək olar, işləmirlər. Buradan gələn turistlər də öz istəkləri ilə gələnlərdir”.

Ekspert deyir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti İranın Azərbaycanla sərhəd bölgəsində yaşayanlardır:

"Onlar isə nisbətən kasıbdır, əsasən avtobuslarla səyahət edənlərdir və iqtisadi problemlər dərhal onlara təsirini göstərir”.

Azərbaycana ərəb turistlərinin azalmasının əsas səbəbi isə İraq turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsidir.

Qeyd edək ki, son bir ilədək Azərbaycana gələn iraqlı turistlər vizanı sadələşdirilmiş şəkildə sərhəddə ala bilirdilər. Bu da həmin ölkədən turist axınını sürətləndirirdi:

"Viza sərhəddə veriləndə İraqdan Azərbaycana böyük axın oldu. İraq vətəndaşları nisbətən aşağı seqmentli hotellərdə qalsalar da, "kəş” dollar xərcləyirdilər, AVM-lərdə alış-veriş edirdilər və fayda gətirirdilər. Adamlar nəğd pul xərcləyirdilər, bu əladır və bütün sektorun sevdiyi müştərilər idi”. Viza ilə bağlı dəyişikliklərdən sonra iraqlı turistlərin sayında ciddi azalma var: "İraqlı turistlərə aeroportda verilən viza dayandırılıb, artıq iraqlılara Azərbaycan visası almaq Gürcüstana hər şey daxil tur almaqdan çətin olub”.

Yeri gəlmişkən, ekspertin sözlərinə görə, bir sıra səbəblər üzündən İraq turistlərinin Azərbayan iqtisadiyyatı üçün faydası digər turistlərdən daha artıq idi:

"Onların bir hissəsi Azərbaycana təkcə səyahət məqsədilə deyil, hətta ailələrinin təhlükəsizliyini təmin etmək üçün gəlirdilər. Çox sayda iraqlılar ailələrini gətirib Bakı, İsmayııllı, Qəbələ və Qubada evlər kirayələyib yaşayırdılar”.

Bəzi İraq vətəndaşları Azərbaycanda uzun müddət qalırdılar:

"İmkanı olanlar ailələrini düşünürdülər. Bir çox şəhərlərdə 6 ay yüksək temperatur olur, yaşamaq və işləmək olmur. Ona görə də kişilər işləyir, ailəsi burda qalırdı. Ayda 1500-2500 dollar pul xərcləyən adamlar idi".

Amma vizaların çətinləşməsi bu sahəyə də təsirini göstərib. Yeri gəlmişkən, İraq vətəndaşları üçün sərhəddə viza verilməsinin dayandırıldığını bu ölkənin Azərbaycandakı səfirliyində də təsdiqləyiblər. Səfirlikdən bildirilib ki, bu dəyişiklik Azərbaycan tərəfinin təşəbbüsü ilə olub.

Bakucity.az

Turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...
Hadisələr
Paytaxtda su xəttində qəza baş verib Bakucity.az xəbər verir ki, qəza Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) qeydə alınıb.  Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən diqqətli olmaları xahiş olunur. Qeyd edək ki, mayın 31-də həmin ərazidə analoji hadisə baş verib. Bakucity.az
Hadisələr
Qaradağ rayonunda iki azyaşlı itkin düşüb Bakucity.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.  Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər.  Hazırda yeniyetmələrin axtarışları davam edir. Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlar...
Hadisələr
Bakıda intihar hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Yasamal rayonunda ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.  Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. Hadisənin səbəbləri araşdırılır. *** İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq inti...
Hadisələr
Bakıda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı tuneldə  Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarəteməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. (baku.ws) Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq....
Mədəniyyət
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Bakucity.az xəbər verir ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı bayram konserti iyunun 13-də, Heydər Əliyev Sarayında gerçəkləşib. Konsertin aparıcısı Elcan Rəsulov olub. Konsert proqramı saat 19:00-da Azərbaycan Dövlət Rəqs Ansamblının çıxış ilə başlayıb. Gecədə Azərbaycanın sevilən və tanınmış s...
Biznes
Bu gün Bakı-Batumi marşrutu ilə ilk aviareysi keçirildi Bakucity.az xəbər verir ki, “Buta Airways”in bu marşrutu Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. “Buta Airways” Bakıdan Tbilisiyə də reyslərə həyata keçirir. Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib. Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib: “Bakı-Batumi reysinin açılması təkcə turizm sah...
Mədəniyyət
Bu, “The Salamanca Band & Bugles of The Rifles”in Bakıya növbəti səfəridir Bakucity.az xəbər verir ki, ötən gün Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları olub. Konsert proqramını Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, B...