Bakıda “Özünü kəşf et” sərgisi açılacaq

Bakıda “Özünü kəşf et” sərgisi açılacaq

“Artıq kəşf etdim” adlı yekun sərgi açılacaq.

Bakucity.az xəbər verir ki, yanvarın 10-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Özünü kəşf et” adlı ustad dərslərinin “Artıq kəşf etdim” adlı yekun sərgisi açılacaq.

Ötən ilin iyulundan başlayan “Özünü kəşf et” layihəsi dekabradək davam edib. Layihə çərçivəsində 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib. İştirakçılar bu dərslərdə öyrəndikləri vasitələrlə yaratdıqları əsəri yekun sərgidə qonaqlara təqdim edəcəklər.

Tədbir zamanı pianoçu Seymur Əliyevin musiqili çıxışları olacaq.

Bakucity.az

Artıq kəşf etdim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər