“Keşlə”dən ayrılan qapıçı “Zirə”yə keçir

“Keşlə”dən ayrılan qapıçı “Zirə”yə keçir

“Keşlə” ilə yollarını ayıran Orxan Sadıqlının yeni klubu müəyyənləşib.

Bakucity.az xəbər verir ki, 26 yaşlı qapıçı karyerasını “Zirə”də davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub. Keçidin bu gün rəsmiləşəcəyi gözlənilir.

Orxan Sadıqlı cari mövsümün ilk yarısını icarə əsasında “Sumqayıt”da keçirib. O, daha əvvəl “Xəzər Lənkəran”ın formasını geyinib. 

Fasilə dövründə "Zirə"ni Adil Nağıyev, Vüsal İsgəndərli və Anar Nəzirov tərk edib. Əvəzində Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər