Bakıda ilin ən gənc startapına tələbələr imza atdı

Bakıda ilin ən gənc startapına tələbələr imza atdı

İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən hazırlanıb.

Bakucity.az xəbər verir ki, məktəbin tələbələri İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr edilən tədbirdə iştirak ediblər. 

Tələbələrin müəllifi olduqları məşhur “ThermoNorth” layihəsi “İlin ən gənc startup layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-ın V kurs tələbəsi Elmar Əsgərzadə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub.

Layihəsinin əsas məqsədi isə soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.

Bakucity.az

Bakıda ilin ən gənc startapına tələbələr imza atdı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər