Bakıda gözəllik salonunda qadını keçmiş əri bıçaqladı

Bakıda gözəllik salonunda qadını keçmiş əri bıçaqladı

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

bakucity.az xəbər verir ki, Nərimanov rayonu, Atatürk prospektində yaşayan, 1978-ci il təvəllüdlü Rzayeva Aynur  Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən "Stil" Gözəllik Salonunda keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Rzayev Zaur  tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Z.Rzayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakucity.az

Gözəllik salonu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər