Bakıda kişi arvadını polisə verdi

Kişi qadının bu pulları hara xərclədiyini bilmir

Bakucity.az xəbər verir ki, Paytaxtın Suraxanı rayonunda 28 yaşlı M.Y. öz 24 yaşlı həyat yoldaşı T.İ.-ni oğurluqda günahlandırıb.

Şikayətçi bildirib, yanvarın 8-də həyat yoldaşı dörd min manatdan artıq pulu evdən çıxarıb. Kişi qadının bu pulları hara xərclədiyini bilmir. Hələlik faktla bağlı heç kim saxlanılmayıb.

Ümumiyyətlə, son vaxtlar polislər bir-birini ittiham edən cütlüklərlə bağlı faktlara daha tez-tez rast gəlirlər. Evli cütlüklər artıq öz daxmalarındakı mübahisələri, davaları ictimailəşdirməkdən çəkinmirlərÖzü də bu hal xüsusilə cavan ailələrdəki cütlüklər üçün xarakterikdir.

Qeyd edək ki, ötən ilin yanvarında Bakı sakinlərindən biri nəinki öz arvadını oğurluqda ittiham edib, hətta onu dəmir barmaqlıqlar arasına saldırıb. Oğurluq haqqında ərizə Binəqədi rayon Polis İdarəsinin 7-ci bölməsinə 30 yanvar 2018-ci il tarixində daxil olub.

39 yaşlı zərərçəkmiş 2017-ci ilin 16 noyabrından 2018-ci ilin 27 yanvarınadək onun evindəki seyfdən 57 min 700 ABŞ dolların naməlum şəraitdə yoxa çıxdığını bildirib. Araşdırma zamanı məlum olub ki, pulları kişinin arvadı (adamların adını etik məsələlərə görə yazmırıq -red.) oğurlayıb.

Qadın ərindən oğurladığı pulları öz sevgilisinə verirmiş. Bununla əlaqədar olaraq qadın və onun sevgilisi saxlanılıb. Oğru sevgililər cinayət məsuliyyətinə cəlb edilib. (Sputnik.az)

Bakucity.az

Polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
229 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Daxili işlər orqanlarında yeni təyinatlar olub. Bakucity.az xəbər verir ki,  Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsi...
Mədəniyyət
Xidmətlərə nələr daxildir və qiymətlər cibimizə uyğundurmu? Çin mətbəxi bütün dünyada yetərincə məşhurdur. Bakıda da son illər bu ölkənin mədəniyyətinə və mətbəxinə maraq getdikcə artır. Müxtəlif dadların zənginliyini özündə cəmləşdirən Çin mətbəxinin əsas özəlliyi odur ki, burada təamlar mövcud ölkənin damaq dadına uyğunlaşdırılaraq hazırlanır. Bakucity.az Çin mətbəxi ilə maraqlananlar üçün Bakıdakı Çin restoranları barədə material hazırlayıb. Bu araşdırm...
Hakimiyyət
Bakı Nəqliyyat Agentliyinə yeni təyinat baş tutub Bakucity.az xəbər verir qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. R. Əliyeva özü bu barədə sosial şəbəkədə məlumat yayıb. O, bundan əvvəl BNA-nın PR şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. Qeyd edək ki, Mayis Ağayev qurumun mətbuat katibi kimi öz fəaliyyətini davam etdirəcək. Bakucity.az
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasın...
Biznes
AZAL-dan açıqlama verildi Bakucity.az xəbər verir ki, paytaxt ərazisində müşahidə edilən hava şəraiti Azərbaycan Hava Yollarının hərəkət cədvəlinə təsir göstərməyib. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, bütün reyslər qrafik üzrə gedir: “Paytaxt ərazisində mövcud vəziyyət Heydər Əliyev Hava Limanının işinə heç bir mənfi təsir göstərməyib. Hazırkı vəziyyətdə bütün reyslər qrafik üzrə hərəkət edir”....
Cəmiyyət
Prezident İlham Əliyev qanun imzaladı Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edir. Məcəlləyə əlavə edilən 393-1-ci (Mənzil qanunvericiliyinin pozulması) maddəyə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayı...
Hakimiyyət
Daxili işlər naziri əmr imzaladı Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib. Bunu da oxu: Beyons Bakıya gəlir? Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.  Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı R...
Mədəniyyət
Ulduz müğənninin "Formula 1"də çıxış edəcəyi deyilir Bakucity.az xəbər verir ki, dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək.  “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai  Bakıya gələcək ulduzların adının hələ müəyyənləşmədiyini qeyd...
Cəmiyyət
Hava xəbərləri cəmiyyətdə həyacan yaradıb. Bakucity.az xəbər verir ki, dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.  Bunu da oxu: Bakıda külək dayanacağı dağıtdı - FOTO Paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.  ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da...