Bakı üçün tramvay, trolleybus, yoxsa metrobus? - bakucity.az

Bakı üçün tramvay, trolleybus, yoxsa metrobus?

Ekspertlər hesab edir ki, daha sərfəlisi trolleybus və metrobusdur

Son illərdə Azərbaycanda yol-nəqliyyat hadisələrinin sürətlə artması, habelə avtomobil sıxlığı, tıxac problemi, eyni zamanda ekoloji vəziyyət hökuməti düşünməyə vadar edib. Artıq bununla bağlı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Bu proqramda yollarda təhlükəsizliyin təşkili əsas məqam kimi vurğulanır. Həmçinin velosiped yollarının çəkilməsi, tramvay xətlərinin bərpasının araşdırılması tövsiyə edilən yeniliklərdəndir.

Dövlət proqramında qeyd edilir ki, müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013-2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının 30 faiz, yol-nəqliyyat hadisələrində sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının 30 faiz, yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz, yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması planlaşdırılır.

Proqramın təsdiqindən sonra Bakıda tramvay xətlərinin çəkiləcəyi əsas müzakirələr sırasındadır. Bu xətlər çəkilərsə, yol-nəqliyyat qəzalarının faizinin sürətlə aşağı düşəcəyi bildirilir. Bundan əlavə, tramvay xətlərindən daha çox trolleybus xətlərinin çəkilməsinin vacibliyi da müzakirələr sırasındadır. Arqument kimi də tramvay xətlərinin çəkilişinin daha yüksək məbləğ tələb etdiyi, eyni zamanda bunun üçün yol kənarlarında olan tikililəri sökməyin lazım gələcəyi bildirilir. Bunun da istər-istəməz müəyyən narazılıqlara yol açacağını indidən təxmin etmək olar. Hansı xəttin daha səmərəli olması barədə isə səslənən fikirlər müxtəlifdir.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a bunları dedi: “5 illik Dövlət Proqramında belə bir müddəa var ki, Bakı şəhərində tramvay nəqliyyatının bərpası, yaradılması imkanları araşdırılsın. Orada yazılmayıb ki, mütləq edilsin. İmkanlar araşdırılsın deyəndə, bu bir tapşırıqdır. Bu, müxtəlif aspektlərdən araşdırılmalıdır. Məkan, sərnişin axınları baxımından yer müəyyən edilməlidir. Eyni zamanda iqtisadi baxımdan sərfəli olub-olmadığı da araşdırılmalıdır. Mənim fikrimcə, şəhərin mərkəzi hissələrində sovet dövründə olan tramvay xətlərinin bərpası mümkünsüzdür. Çünki bunu etmək üçün həmin küçələri tamam dağıtmaq lazımdır. Eyni zamanda bu o deməkdir ki, xətlərin bərpası zamanı hərəkət orada iflic olacaq. Tramvay xətləri salınan zaman həmin xətlər küçə, prospektin bir hissəsini tutacaq. Nəticədə nəqliyyatın hərəkəti daha da çətinləşəcək. Bu baxımdan şəhərin mərkəzi hissəsində tramvayın bərpası perspektivi yaxın gələcək üçün mümkün görünmür. Üstəgəl, bu iqtisadi cəhətdən də sərfəli deyil. Ondansa metrobus deyilən nəqliyyat növü var. Əslində o da tramvay xətti kimidir. Ora xüsusi avtobuslardan heç kəs girə bilməz. Mümkün olan yerdə bunu etmək olar. Yeri gəlmişkən, Dövlət Proqramında bu da var ki, ictimai nəqliyyatın digər növləri... Ümumi şəkildə qeyd olunub. Tramvayı bu və ya digər şəkildə bərpa etmək olar. Başqa şəbəkələşmə imkanları daxilində də Bakı ətrafında bu mümkün görünür.  Şəhərin yeni planlaşdırılan yerlərində də bunu etmək olar. Məsələn, lokal olaraq Ağ Şəhərdə bunu etmək mümkündür. Təbii ki, Ağ Şəhərdən kənara çıxanda aləm bir-birinə qarışacaq. Tramvaya oxşayan şəhərlərarası elektrik qatarları var. Onlarla uyğunlaşdırmaq olar. Dünyada belə bir təcrübə var. Şəhərətrafı elektrik qatarlarından başqa yüngül reysli nəqliyyat vasitəsi var, onlarla uzlaşdırılır. Misal üçün, şəhərətrafı qatar Mərdəkandan keçir, amma Mərdəkanın içərisindən onun stansiyasına tramvay xətti çəkilir. Bu da iqtisadi cəhətdən sərfəli olub-olmaması ilə bağlı edilir. Görək araşdırılan zaman dediklərimiz istiqamətində müsbət rəylər olsa, onu müəyyən yerlərdə həyata keçirmək olar. Unutmaq olmaz ki, tramvay xətləri üçün yol dağıdılmalı, reys qoyulmalı, tramvaylar alınmalı, tramvay parkı yaradılmalıdır. Amma şəhərdə tramvay parkı üçün yer yoxdur. Ona görə bunları ancaq şəhərdən kənarda etmək olar. Elektrik şəbəkəsi də yaradılmalıdır”.

İqtisadçı ekspert Vüsalə Əhmədova məsələyə bu cür şərh verdi: “Elektriklə çalışdığı üçün trolleybus sərfəli görünə bilər. Amma bunun bütün əraziləri əhatə etməsi qeyri-mümkündür. Heç şübhəsiz ki, tramvay xətlərinin bərpasının xərci çox bahalıdır. İstanbuldakı kimi metrobus da ola bilər. Orada metrobus əsas yolları əhatə edir”.

Bakucity.az

İctimai nəqliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...
Hadisələr
Paytaxtda su xəttində qəza baş verib Bakucity.az xəbər verir ki, qəza Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) qeydə alınıb.  Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən diqqətli olmaları xahiş olunur. Qeyd edək ki, mayın 31-də həmin ərazidə analoji hadisə baş verib. Bakucity.az
Hadisələr
Qaradağ rayonunda iki azyaşlı itkin düşüb Bakucity.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.  Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər.  Hazırda yeniyetmələrin axtarışları davam edir. Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlar...
Hadisələr
Bakıda intihar hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Yasamal rayonunda ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.  Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. Hadisənin səbəbləri araşdırılır. *** İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq inti...
Hadisələr
Bakıda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı tuneldə  Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarəteməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. (baku.ws) Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq....
Mədəniyyət
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Bakucity.az xəbər verir ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı bayram konserti iyunun 13-də, Heydər Əliyev Sarayında gerçəkləşib. Konsertin aparıcısı Elcan Rəsulov olub. Konsert proqramı saat 19:00-da Azərbaycan Dövlət Rəqs Ansamblının çıxış ilə başlayıb. Gecədə Azərbaycanın sevilən və tanınmış s...
Biznes
Bu gün Bakı-Batumi marşrutu ilə ilk aviareysi keçirildi Bakucity.az xəbər verir ki, “Buta Airways”in bu marşrutu Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. “Buta Airways” Bakıdan Tbilisiyə də reyslərə həyata keçirir. Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib. Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib: “Bakı-Batumi reysinin açılması təkcə turizm sah...
Mədəniyyət
Bu, “The Salamanca Band & Bugles of The Rifles”in Bakıya növbəti səfəridir Bakucity.az xəbər verir ki, ötən gün Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları olub. Konsert proqramını Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, B...