Bakı soyuq qışa hazırdırmı: bu qış bizi nələr gözləyir? - ARAŞDIRMA

İlin soyuq dövrü yaxınlaşır.

Artıq yanvar ayını yaşayırıq, ardınca iki soyuq ay daha var. Bugünlərdə şəhər sakinlərini maraqlandıran əsas məsələlərdən biri Bakıya qarın yağıb-yağmayacağı, qışın soyuq, yoxsa mülayim keçəcəyi barədədir. Mətbuatda və sosial şəbəkələrdə bu barədə ziddiyətli xəbərlər yayılır. Məsələni dəqiqləşdirmək üçün Bakucity.az bu il qışın necə keçəcəyi, Bakının qışa hazılığı və paytaxt sürücülərinin qışda nəzərə almalı olduğu amillər barədə araşdırma aparıb. 

Suallarımıza cavab tapmaq üçün Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Midrometeorologiya Departamentinin hidrometeroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədovaya müraciət etdik. 

Güclü şaxtalar gözlənilmir

Saytımıza açıqlama verən Gülşad xanım bildirib ki, bu qış paytaxt və bölgələrdə güclü şaxtalar gözlənilmir:

“2019-un qış dövründə göstəricilərin klimatik normanın 0,5-dən 1 dərəcəyədək artacağı gözlənilir. Bu isə o deməkdir ki, güclü şaxtalar gözlənilmir. Əlbəttə, ölkə ərazisinə müxtəlif vaxtlarda havanın soyumasıyla nəticələnəcək arktik hava kütlələri daxil olacaq. Amma, bu davamlı xarakter daşımayacaq”.

Mütəxəssisin bildirdiyinə görə, ümumilikdə, paytaxtda sabit hava şəraiti üstünlük təşkil edəcək, şaxtalı günlər nisbətən az olacaq:

“Bununla belə, meteoroloji məlumatlara görə, yanvar və fevral aylarında havaların nisbətən soyuması müşahidə olunacaq. Bəzi dövrlərdə şaxtalı günlərin olacağı da istisna edilmir, qarın yağması ehtimalı var”.

Obyektlərin istiliklə təminatında vəziyyət necədir?

Əgər qarşıdakı günlərdə paytaxta qar yağması ehtimalı varsa, Bakı buna hazırdırmı?  Paytaxtın qışa hazır olub-olmadığını öyrənmək üçün “Azəristilik” ASC-in Abunəçilərə Xidmət Şöbəsinin rəisi Rafiq Əliyevə  müraciət etdik.

Rafiq Əliyev açıqlamasında bildirdi ki, qışda dövlət müəssisələri isitmə ilə bağlı problemlərlə üzləşməyəcəklər:

"Ümumilikdə respublikada artıq 3800 binada istilik sistemi işləyir. Paytaxtda “Azəristilik”in istiliklə təmin etməli olduğu bütün sosial müəssisələr - universitetlər, məktəblər, uşaq bağçaları, səhiyyə obyektləri kəskin soyuqlar düşərsə, heç bir problemlə üzləşməyəcəklər".

R.Əliyevin sözlərinə görə, artıq Bakıda evlərin 80 faizi mərkəzi isitmə sisteminə qoşulub və daha 20%-i  öz növbəsini gözləyir.

"Prezidentin imzaladığı fərmana müvafiq olaraq biz 100 faizlik nəticə almaq üçün bütün lazımi işləri görürük. Amma istiliksiz qalmış 20%-ə  qədər obyektlərin soyuq aylarda mərkəzi isitmə sisteminə qoşulmasına hələlik müvəffəq olunmayacaq,  - rəsmi vurğulayıb və əlavə edib: Bu layihə müəyyən kapital qoyuluşu tələb edir. Maliyyələşdirmənin prioritet istiqamətləri dövlət tərəfindən müəyyənləşdirilir.  Hər şey  bu işin həyata keçirilməsi üçün bizə nə qədər vəsait ayrılacağından asılıdır".

Abonentlərə Xidmət Şöbəsinin rəisi həmçinin vurğulayıb ki, davamlı güclü şaxtalar olarsa, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, “Azəristilik” istilik mövsümünün müddətini uzadacaq.

Sürücülərin qış şinlərinə keçməsi tələb olunacaqmı?

Məlum olduğu kimi, paytaxt yollarında avtomobillərin qış şinlərinə keçməsi tələb olunmur. Amma maraqlıdır, Bakıda bununla bağlı vəziyyət nə yerdədir - görəsən,  güclü qar yağsa sürücülər şin almalıdırlarmı? Bu suala "OptimalServis"in şin satışı üzrə meneceri Şahin Balayev cavab verib:

"Ümumiyyətlə, bizim şəhərdə qar yollarda az qalır, ona görə də paytaxt sürücüləri qış rejiminə  keçmirlər. Amma bölgələrə tez-tez gedənlər həmişə qış şinləri alırlar".

Menecerin dediyinə görə, Bakıda demək olar ki, keyfiyyətli və bahalı qış şinləri satılmır.  Bu isə yerli sahibkarların tələbatı bildiklərinə görə, bahalı məhsulları satışa çıxarmaması ilə nəticələnir. 

“Maşının markası da nəzərə alınmalıdır. Hər bir avtomobilin şininin öz ölçüsü var. Ona görə də, əgər vətəndaş qar yağacağını əvvəlcədən bilsə belə,  ona lazım olan şini tezliklə tapa bilməz”, - mütəxəssis deyib. 

Qış şinlərinin qiymətinə gəlincə isə, Ş.Balayevin sözlərinə görə, şinlərin satışı 140 manatdan başlayır,  bahalı avtomobillər üçün 450 manatacan şin tapmaq olar. 

Sonda

Araşdırmamızdan belə məlum oldu ki, bu il Bakıda kəskin hava şəraiti gözlənilmir. İctimai və sosial obyektlərin əksəriyyəti isə soyuğun gəlişinə hazırdır, amma istiliklə bağlı müəyyən çətinliklərlə üzləşəcək binalar mövcuddur. Bütün abonentlərin mərkəzi isitmə sisteminə qoşulma prosesinin başa çatacağı tarix isə, təəssüf ki, hələlik dəqiq bilinmir. Paytaxt sürücüləri böyük ehtimalla bu qış da qış üçün xüsusi şinlərə ehtiyac duymayacaqlar. 

Züleyxa İsmayılova

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
31 mayda gözlənilən hava şəraiti. Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 17-19, gündüz  20-24, Bakıda  gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmo...
Cəmiyyət
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilinib. “Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”. BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib. K.Quluzadənin sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək: “Amma dövlət insanlara xidmə...
Hadisələr
Taxta bazarında yanğın baş verib. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən BakuCity.az-a verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələr...
Kriminal
Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Şadlıq saraylarının fəaliyyətə başlaması mümkündürmü? “Sərbəstlik və yumşalma artıqca yoluxanların sayı artır və bu fonda toyların və şadlıq saraylarının fəaliyyətə başlaması problemli görünür”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib. “Hər şey yoluxmanın sayından və sosial məsuliyyətdən asılıdır. Bəlkə də yoluxmalar ar...
Cəmiyyət
Bakıda çəkilən bu görüntülər müzakirələrə səbəb olub. Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir. BakuCity.az xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri “Tarqovı”da lentə alınıb. Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.  İnsanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının gözə dəyməm...
Cəmiyyət
Bakıdan rayonlara gediş-gəliş bərpa olunmayıb. “Yumşalma artıqda, yoluxma artır. Ona görə də Operativ Qərargah rayonlara gediş-gəlişin bərpasını bu mərhələdə saxlamağı qərara alıb". BakuCity.az xəbər verir ki, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. BakuCity.az
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. BakuCity.az
İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az