"Neftçi" klubu yeni sponsorla müqavilə imzaladı

"Neftçi" klubu yeni sponsorla müqavilə imzaladı, Javid

Bu, "Neftçi"nin 4-cü sponsorluq müqaviləsidir

Bakucity.az xəbər verir ki, bu gün "Neftçi" Peşəkar Futbol Klubu ilə "Meqa Sığorta" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

"Bakcell Arena"da keçirilən tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Meqa Sığorta“nın İdarə Heyətinin sədr müavini Uğur İbrahimli, Marketinq və PR idarəsinin müdiri Emil Quliyev, komandanın üzvləri, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak ediblər.

K.Quliyev bu tərəfdaşlığın hər tərəf üçün faydalı olacağını bildirib: "Bu gün futbol ölkəmizdə ən kütləvi və ən çox maraq göstərilən idman növüdür. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bu gün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. İnanıram ki, bu cür dəstəkləyicilərimiz daha da artacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gündən "Meqa Sığorta" şirkəti ilə də belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olduq. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə də davam etdiriləcək".

Klub prezidenti müqavilənin maliyyə tərəfləri barədə məlumat verməsə də, illik hesabatı açıqlayan zaman sponsorlardan gəlirləri də göstərəcəklərini diqqətə çatdırıb. 

Qeyd edək ki, bu, "Neftçi"nin 4-cü sponsorluq müqaviləsidir. Daha əvvəl Türk Hava Yolları, "Nike" və "Vita1000" şirkətləri ilə müqavilə imzalanıb. (report)

Bakucity.az

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər