Bakıda bir milyonluq əməliyyat, saxlanılanlar var - FOTO

Daxili İşlər Nazirliyi əməliyyat keçirib

Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub.

Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər -  Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev bir milyon saxta rus rublunu səkkiz min manata satmaq istəyən zaman saxlanılıblar. 

Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim edilən 500-lük banknotlardan ibarət ümumilikdə bir milyon saxta rubl yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. 

Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Ələkbərov və Ş.Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bakucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
817 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Xidmətlərə nələr daxildir və qiymətlər cibimizə uyğundurmu? Çin mətbəxi bütün dünyada yetərincə məşhurdur. Bakıda da son illər bu ölkənin mədəniyyətinə və mətbəxinə maraq getdikcə artır. Müxtəlif dadların zənginliyini özündə cəmləşdirən Çin mətbəxinin əsas özəlliyi odur ki, burada təamlar mövcud ölkənin damaq dadına uyğunlaşdırılaraq hazırlanır. Bakucity.az Çin mətbəxi ilə maraqlananlar üçün Bakıdakı Çin restoranları barədə material hazırlayıb. Bu araşdırm...
Hakimiyyət
Bakı Nəqliyyat Agentliyinə yeni təyinat baş tutub Bakucity.az xəbər verir qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. R. Əliyeva özü bu barədə sosial şəbəkədə məlumat yayıb. O, bundan əvvəl BNA-nın PR şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. Qeyd edək ki, Mayis Ağayev qurumun mətbuat katibi kimi öz fəaliyyətini davam etdirəcək. Bakucity.az
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasın...
Biznes
AZAL-dan açıqlama verildi Bakucity.az xəbər verir ki, paytaxt ərazisində müşahidə edilən hava şəraiti Azərbaycan Hava Yollarının hərəkət cədvəlinə təsir göstərməyib. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, bütün reyslər qrafik üzrə gedir: “Paytaxt ərazisində mövcud vəziyyət Heydər Əliyev Hava Limanının işinə heç bir mənfi təsir göstərməyib. Hazırkı vəziyyətdə bütün reyslər qrafik üzrə hərəkət edir”....
Cəmiyyət
Prezident İlham Əliyev qanun imzaladı Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edir. Məcəlləyə əlavə edilən 393-1-ci (Mənzil qanunvericiliyinin pozulması) maddəyə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayı...
Hakimiyyət
Daxili işlər naziri əmr imzaladı Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib. Bunu da oxu: Beyons Bakıya gəlir? Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.  Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı R...
Mədəniyyət
Ulduz müğənninin "Formula 1"də çıxış edəcəyi deyilir Bakucity.az xəbər verir ki, dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək.  “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai  Bakıya gələcək ulduzların adının hələ müəyyənləşmədiyini qeyd...
Cəmiyyət
Hava xəbərləri cəmiyyətdə həyacan yaradıb. Bakucity.az xəbər verir ki, dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.  Bunu da oxu: Bakıda külək dayanacağı dağıtdı - FOTO Paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.  ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da...
Cəmiyyət
Sürücülərin nəzərinə Bakucity.az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20-km/saat həcmində endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub. Sürüclərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmək tövsiyə olunur....