Qadın xəsarət alıb
Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Nəsimi rayonu ərazisində, "28 Mall" ticarət mərkəzinin yaxınlığında hərəkət edən 85 nömrəli marşrut avtobusu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən qadını vurub.
Avtobus aşağı sürətlə hərəkət etdiyindən qadın yüngül xəsarət alıb. Yaxınlıqdakı insanlar ona yardım ediblər. (Xəzərxəbər)
Bakucity.az