Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO

Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO

Məşədixanım Nemətin 95 illiyi keçirilib.

Bakucity.az xəbər verir ki, Azərbaycanın görkəmli epiqrafçı alimi Məşədixanım Nemətin 95 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Qadınlar Şurasının təşəbbüsü ilə keçirilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı məşhur epiqrafçı M.Nemətin həyat və elmi fəaliyyəti haqqında danışıb.

Tədbirdə alimin elmi tədqiqatlarının əhəmiyyəti və epiqrafika sahəsindəki nailiyyətlərindən söz açılıb və vurğulanıb ki, M.Nemətin yaradıcılığı gənc epiqrafçılar üçün məktəb, həmçinin ən böyük mirasdır. Daha sonra tədbir iştirakçıları alimin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO, fotoşəkil-1 Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO, fotoşəkil-2 Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO, fotoşəkil-3 Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO, fotoşəkil-4 Bakıda görkəmli aliminin xatirəsinə həsr olunmuş gecə keçirildi – FOTO, fotoşəkil-5

Cəmilə Amirova

Bakucity.az

Epiqrafçı alim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər