Bakıda avtovağzalına giriş-çıxış qiymətləri dəyişdi - Yeni tariflər

Bakıda avtovağzalına giriş-çıxış qiymətləri dəyişdi - Yeni tariflər, Javid

Tariflər istifadəçilərin xeyrinə dəyişilib

Bakucity.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ləğv olunaraq yeni tariflər müəyyənləşdirilib. 

Bu barədə məlumatı BBA-nın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova verib. O bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişilib: 

“Belə ki, yeni tariflərə əsasən 0-2 saat - 1 AZN, 2-6 saat - 2 AZN, 6-12 saat - 3 AZN, 12-24 saat -  4 AZN müəyyən olunub. 

Yeni qayda ötən ayın 1-dən etibarən tətbiq olunur. Dəyişikliyə səbəb isə sürücülərin yuxarı girişi keçid məntəqəsi kimi istifadə edərək sıxlıq yaratmasıdır. Eyni zamanda, sərnişin qismində müştəri cəlb etmək üçün avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi”. (Qafqazinfo)

Bakucity.az

Avtovağzal
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər