Azərbaycan Rəssamlar İttifaqında Ziyadxan Əliyevin yubileyi keçirilib.
Bakucity.az xəbər verir ki, Azərbaycanın Rəssamlar İttifaqının əməkdaşı, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin 70 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.
Tədbirdə Z.Əlievin "Sənətşunas taleyi" adlı yeni kitabının təqdimatı da olub.
Sərgidə həmçinin Azərbaycanın tanınmış rəssamlarının əsərləri yer alıb.
Çıxış edən mədəniyyət və sənət adamları, şagirdlər, iş yoldaşları və əsərlərinin pərəstişkarları günün qəhrəmanını təbrik edib, uğurlar arzulayıblar.