Yasamalda qanunsuz ət kəsimi məntəqələrində reyd keçirildi

Yasamalda qanunsuz ət kəsimi məntəqələrində reyd keçirildi

Qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb.

Bakucity.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyininin əməkdaşları paytaxtın Yasamal rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirib.

Reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları isə icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Bakucity.az

Kəsim qurğuları sökülüb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər