Rəsmi qurum ləğvin səbəbini açıqlayıb
Bakucity.az xəbər verir ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar ikigünlük ləğv ediləcək.
Bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir. (Report)
Bakucity.az