Ərəblərin Bakıya buraxılmamasının səbəbləri açıqlandı

Sadələşdirilmiş viza nəyə görə ləğv olunub?

Bakucity.az xəbər verir ki, iraqlı turistlərə aeroportda verilən vizanın ləğv edilməsinin səbəbləri ilə bağlı müxtəlif fikirlər var. Bunlardan biri də İraqda Azərbaycan əleyhinə kampaniya aparılmasıdır. Belə ki, iraqlı blogger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportajda səsləndirdiyi bəzi iddialar müzakirələrə səbəb olub. Onun “8000 ərəb Azərbaycanda QİÇS-ə yoluxub” iddiası aidiyyəti qurumları da hərəkətə gətirib. Həmçinin İraq cəmiyyətində ərəblərin burada əxlaqsız həyat tərzi sürməsi və ölkəmizdə bu cür məkanların kütləvi olması ilə bağlı ictimai rəy formalaşdırılması da sadələşmiş vizanın ləğv edilməsində əsas səbəblərdən biri olub.

İqtisadiyyat yazarı Kənan Rövşənoğlu bildirib ki, iraqlılara sadələşmiş vizanın ləğvi daha çox o ölkədə Azərbaycan əleyhinə aparılan kampaniya ilə bağlıdır: “Son illərdə daha çox iraqlılar ölkəmizə turist olaraq gəlirdir, onlarla bağlı bir çox problemlər yarandı. Əsasən də 400-500 dollarlıq paketlərlə gəlirdilər, əyləncə məqsədi ilə, ailəli olmayan tək adamlar daha çox gəlirdilər. Bu səbəbdən onlar arasında əxlaqsızlıq yayılmışdı. Ötən il İraq televiziyası  Bakıya gələrək burada yarım saatlıq geniş bir reportaj hazırladı, daha sonra o, internetdə yayıldı. Bildirilirdi ki, guya burada 600 nəfərdən çox iraqlı QİÇS və digər cinsi xəstəliklərə yoluxub, 8 nəfər dünyasını dəyişib. Bu bir qədər də Azərbaycana qarşı anti-kampaniya xarakteri daşıdı. Bakıdakı barlar və sair işıqlandırıldı, orada cinsi xidmətlərin göstərilməsi, xəstəliklərin yayılması və sair məlumatlar yayımlandı. Bu, ölkənin imicinə də ziyan vururdu. Çox güman ki, hökumət daha çox buna görə iraqlı turistlərin səfərinin qarşısını almaq üçün sadələşmiş vizanı ləğv etdi. Eyni hal 10 il öncə Gürcüstanda da yaşanmışdı, daha sonra hökumət iraqlılara sadələşmiş viza rejimini ləğv etmişdi. Bundan başqa, hazırda İraqda münaqişə var, orada insanlar həm iş, həm də turizm üçün ölkəni çox asanlıqla tərk edirlər”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, bu qərar həm də təhlükəsizlik məsələləri ilə əlaqədar ola bilər: “İraqdan Azərbaycana müəyyən sızmaların olmaması üçün, radikal dini qrupların üzvlərinin ölkəmizə gəlməsinin qarşısını almaq  üçün, gələnlərin daha  ciddi  yoxlamalara məruz qalması üçün belə bir qərar verilib. Son illəri götürsək İraqdan gələn turistlərin sayında dəfələrlə artım olurdu ki, bu da ölkənin turizm bazarında mühüm rol oynayırdı. Gələn turistlərin sayının artması Azərbaycanın turistik obyektlərinin gəlirlərinin artmasına, ümumiyyətlə, turizm  gəlirlərinin artmasına da müəyyən kömək edirdi. Ola bilər ki, xüsusi xidmət orqanlarında müəyyən sızmaların olması ilə bağlı məlumatlar olub. Təhlükəsizlikdən başqa hər hansı səbəblə bunu izah etmək çətin olar. Dövlətlər arasında çox normal münasibətlər var, hər hansı gərginlik olmayıb ki, bu sadələşmiş vizanın ləğvinə səbəb olsun. Çox güman ki, səbəb təhlükəsizlik məsələsidir”. (Musavat.com)

Bakucity.az

Turizm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
10563 baxış martda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Həmin gün kitabxanada tədbir də təşkil olunub Bakucity.az xəbər verir ki, martın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110” və “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılışı olub. Milli Kitabxanadan verilən məlumata görə, həmin gün Novruz bayramı münasibətilə tədbir də keçirilib. Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları tarixlərdən bəri s...
Cəmiyyət
Qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.  Artıq şəhərin müxtəlif ərazilərində keçiriləcək Novruz bayramı şənlikləri, xalq gəzintiləri və paytaxta gələcək qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülü...
Cəmiyyət
Transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər Bakucity.az xəbər verir ki, “Atatürk” hava limanının bağlanması ilə əlaqədar  AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri 7 apreldən etibarən yeni - "Istanbul New Airport" hava limanında həyata keçiriləcək.  Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.  2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hav...
Cəmiyyət
“Burada müsbət mənada nəhəng dəyişikliklər var" Bakucity.az xəbər verir ki, Dərbənd şəhərinin meri Hizri Əbəkərov paytaxt Bakı ilə bağlı xoş fikirlər söyləyib: "Bakı inkişaf baxımından çox böyük irəliləyişə nail olub, bu göz qabağındadır. Hər dəfə gələndə buna təəccüblənməmək mümkün deyil". H. Əbəkərov köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu da deyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də...
Biznes
Sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək. Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologi...
Cəmiyyət
Lazımi sayda əlavə avtobus xəttə buraxılacaq. Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli, eləcə də, dayanıqlı şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli qurumlar, həmçinin digər telekommunikasiya operatorları...
Cəmiyyət
Bayram gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.  Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə süt...
Promo articles
“Ayan Studio” möhtəşəm endirimləri ilə xanımları sevindirəcək “Ayan Studio” yüksək səviyyəli xidmətləri və peşəkar ustaları ilə daim müştərilərin xidmətindədir. Fəaliyyətində daim keyfiyyəti və sağlamlığı əsas tutan “Ayan Studio” xanımları sevindirmək qərarına gəlib. O, müştərilərə şəhərin başqa heç bir yerində tapmayacaqları xüsusi endirimlər təklif edir.  Bakının Xətai rayonunda, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Ayan studio” qadın g...
Cəmiyyət
Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb Bakucity.az xəbər verir ki, Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 25 il ötür. 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında terror aktı törədilib. Baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Həmin hadisə zam...