Arturo Sandoval Bakıda konsert verəcək

Arturo Sandoval Bakıda konsert verəcək

 Sandoval “Qremmi”, “Emmi” və “Billbord” mükafatları laureatıdır

Bakucity.az xəbər verir ki, dünyanın ən məşhur truba ifaçısı Arturo Sandoval martın 2-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

“Qremmi”, “Emmi” və “Billbord” mükafatları laureatı Arturo Sandoval zəmanəmizin ən görkəmli musiqiçisi, ən parlaq ifaçılarından biridir.

Dizzi Gillespinin şagirdi olmuş Arturo Sandoval 12 yaşından klassik trubada ifa etməyə başlayıb və tezliklə caz dünyasını özünə heyran etməyi bacarıb. O vaxtdan Arturo caz trubasında və flügerhornda ifa edən məşhur musiqiçilərdən birinə, eləcə də pianoçu və bəstəkara çevrilib.

O, çoxsaylı filmlər üçün musiqi bəstələyib. (Azərtac)

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər