Bakıya “Donuz qripi”nə qarşı peyvənd gətirilib? - Nazirlikdən açıqlama

Bakıya “Donuz qripi”nə qarşı peyvənd gətirilib? - Nazirlikdən açıqlama, Javid

Peyvəndin qiyməti 38 manatdır

Bakucity.az xəbər verir ki, Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. Bu barədə yerli mətbuata həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Z. Oruc bildirib ki, bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb: “Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir. Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər. Peyvəndin qiyməti 38 manatdır”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov da açıqlama verib.

O qeyd edib ki, dünyada “donuz qripi” nə qarşı peyvənd yoxdur: “Mövsümi qrip peyvəndi var. Sadəcə özəl klinikalar  qonşu Gürcüstanda yayılan “donuz qripi” virusundan istifadə edərək əhaliyə dərmanları satmaq üçün qripə qarşı xaricdən peyvəndlər gətiriblər. İndi kimsə istəyirsə, həmin klinikalara müraciət edib peyvənd oluna bilər. Qiymətinin də 38 manat olduğunu deyirlər”.

P. Abubəkirov xatırladıb ki, Azərbaycanda Sovet dövründən bəri qrip vaksinasiyası planlı şəkildə həyata keçirilməyib:

“Ona görə də dövlət xəstəxanalarında qripə qarşı peyvəndlərin olmasına ehtiyac duyulmayıb.  

Bizim camaat rəsmi xəbələrdənsə, blokun ağzında danışılan məlumatlara daha çox inanır. Sadəcə biz qonşu Gürcüstanda aşkar edilən “donuz qripi” virusuyla əlaqədar dezinfeksiya işləri aparırıq. Həmçinin gömrük-sərhəd keçid məntəqələrində termokameralar quraşdırmışıq. Gürcüstandan Azərbaycana gələnlərdə temperatur varsa onu yoxlayırıq. Bu günə kimi 900-ə yaxın şəxs temperaturla Gürcüstandan Azərbaycana gəlib. Onlardan analiz götürülüb və Respublika Taun Əleyhinə Stansiyaya göndərilib. Heç birində də “donuz qripi”  virusu aşkarlanmıyıb”. (Qafqazinfo)

Bakucity.az

Donuz qripi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB əməkdaşların...
Cəmiyyət
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib. "Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin...
Cəmiyyət
Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib. BakuCity.az xəbər verir ki, V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib. “Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməl...
Cəmiyyət
Mütəxəssis orduya dəstək nümayiş etdirib.  "Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır. BakuCity.az xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olar...
Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. BakuCity.az sözügüdən bəyanatı təqdim edir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə v...
Cəmiyyət
Azərbaycanda koronavirusun bitəcəyi tarix açıqlanıb. Bu gün bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də gündəlik yoluxma sayı artmaqdadır. Hətta bir neçə gün öncə yoluxanların sayı 950-yə yaxınlaşmışdı. Bu gün bir çoxlarını maraqlandıran məsələ koronavirusun nə zaman bitəcəyidir. BakuCity.az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, insanlarımız karantin qaydalarına əməl etmə...
Cəmiyyət
"Azərbaycanın bu hərbi əməliyyatı tarixə düşəcək". BakuCity.az xəbər verir ki, bunu rusiyalı ekspert, jurnalist Maksim Şevçenko öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan ordusunun uğurlarından və erməni qoşunları ilə silahlı toqquşmalarda qələbələrindən heyranlıq duyduğunu bildirib: “Azərbaycan ordusu Laçına yaxınlaşır. Erməni ordusunun müqavimət göstərməsi demək olar ki, mümkün deyil. Bu hərbi əməliyyat müharibələr tarixində yerini alacaq”. (metbuat....
Cəmiyyət
Ordumuz adekvat tədbirlər görür. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq, yalnız adekvat tədbirlər görür. BakuCity.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında qeyd edilib: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginlə...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”. BakuCity.az