Bakı marketlərində sellofan torbalar pulla satılır? - Açıqlama - bakucity.az

Bakı marketlərində sellofan torbalar pulla satılır? - Açıqlama

Nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib

Xəbər verdiyimiz kimi, artıq bir neçə ölkə ekologiyaya zərərli olduğu üçün marketlərdə sellofan torbaların satışına başlayıb. Gürcüstan, Özbəkistandan sonra qonşu Türkiyədə də bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib. 

Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketdə sellofanların ödənişli olduğu deyilsə də, araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq. 

Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, qiymətidir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsulu 5-20 qəpiyə satacağı göstərilir. 

“Qafqazinfo” bu məqamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxlayıb və bir neçə məqama aydınlıq gətirib. O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyətı qurumlara təqdim edilib:

“Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Ancaq həmin marketlərin adları qeyd olunmadığından biz bu halın nə dərəcədə doğru olduğunu deyə bilmərik. 

Hazırda təkliflər planı hazırlayaraq qərar verilməsi üçün aidiyyatı qurumlara təqdim etmişik. Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda həmçinin plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir. 

Qərar verildikdən sonra bu barədə ictimaiyyəti məlumatlandıracağıq. Bəzi ölkələrdə qərar olmadan da polietilen torbalardan ödənişsiz istifadə olunmur. Marketlər və ictimaiyyət könüllü şəkildə bunu tələb edir. Bu, alqışlanan haldır”.

M. Nəbiyev qiymətlərin yüksək nəzərdə tutulması ilə bağlı məsələyə də şərh verərək bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib:

“O ki qaldı, qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək.

Bu məsələdə marketlərin, sahibkarların nazirliyin təklifinə dəstək olması təqdirəlayiqdir”.  (Qafqazinfo)

Bakucity.az

Sellofan torba
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...
Hadisələr
Paytaxtda su xəttində qəza baş verib Bakucity.az xəbər verir ki, qəza Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) qeydə alınıb.  Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən diqqətli olmaları xahiş olunur. Qeyd edək ki, mayın 31-də həmin ərazidə analoji hadisə baş verib. Bakucity.az
Hadisələr
Qaradağ rayonunda iki azyaşlı itkin düşüb Bakucity.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.  Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər.  Hazırda yeniyetmələrin axtarışları davam edir. Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlar...
Hadisələr
Bakıda intihar hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Yasamal rayonunda ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.  Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. Hadisənin səbəbləri araşdırılır. *** İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq inti...
Hadisələr
Bakıda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı tuneldə  Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarəteməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. (baku.ws) Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq....
Mədəniyyət
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Bakucity.az xəbər verir ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı bayram konserti iyunun 13-də, Heydər Əliyev Sarayında gerçəkləşib. Konsertin aparıcısı Elcan Rəsulov olub. Konsert proqramı saat 19:00-da Azərbaycan Dövlət Rəqs Ansamblının çıxış ilə başlayıb. Gecədə Azərbaycanın sevilən və tanınmış s...
Biznes
Bu gün Bakı-Batumi marşrutu ilə ilk aviareysi keçirildi Bakucity.az xəbər verir ki, “Buta Airways”in bu marşrutu Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. “Buta Airways” Bakıdan Tbilisiyə də reyslərə həyata keçirir. Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib. Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib: “Bakı-Batumi reysinin açılması təkcə turizm sah...
Mədəniyyət
Bu, “The Salamanca Band & Bugles of The Rifles”in Bakıya növbəti səfəridir Bakucity.az xəbər verir ki, ötən gün Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları olub. Konsert proqramını Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, B...