Bakının “Əsa” teatrı barədə sənədli film çəkilib - VİDEO

Bakının “Əsa” teatrı barədə sənədli film çəkilib - VİDEO

“Döngə” filmini artıq intertnetdə izləmək mümkündür

Bakucity.az xəbər verir ki, Azərbaycanda fiziki məhdudiyyətli insanların çıxış etdiyi yeganə inklüziv teatr olan “Əsa” teatrı haqqında sənədli film çəkilib. 

Filmin ilk nümayişi hələ ötən il “CinemaPlus” Kinoteatrlar Şəbəkəsi “AzerNewMedia”nın dəstəyi ilə keçirilsə də, geniş tamaşaçı kütləsinə təqdim edilməmişdi. 

Ötən il keçirilən “Qızıl Pəri”, Kino və Televiziya üzrə Milli Peşə Mükafatı “Ən yaxşı sənədli film” nominasiyasında beş nominantdan biri olan “Döngə”ni artıq intertnet vasitəsilə izləmək mümkündür. 

Qeyd edək ki, filmin əsas süjet xətti fiziki məhdudiyyətli aktyorların öz həyat hekayələrini danışması üzərində qurulub. 

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Yusif Şəfiyev, prodüseri Tamerlan Hüseynovdur. 

Bakucity.az

Əsa teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər