Bakıda kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA

Bakıda  kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, Javid

Tələbələrə hansı avadanlıqlar daha münasibdir?

Kompüterlər, notbuklar və netbuklar – bugünkü tələbələrin həyatını bu cihazlarsız təsəvvür etmək mümkün deyil. Amma bir çox hallarda tələbələr hansı brendin avadanlıqlarını seçəcəklərini bilmirlər. Kompüterlərin göstəriciləri də çox vaxt onları çaşdırır. Tələbələrin kompüter alarkən seçimlərini asanlaşdıracaq material hazırlamaq qərarına gəldik. Beləliklə, Bakıda kompüter avadanlıqları alarkən, tələbələr ilk növbədə nələrə diqqət etməlidirlər, bu araşdırmada biləcəksiniz. 

"RAM" deyil, prosessor önəmlidir!

“AmazonComputers” mağazasının meneceri Murad Səfiyev Bakucity.az-a açıqlamasında təhsil üçün münasib qiymətə hansı növ kompüter avadanlıqlarının alınması barədə tövsiyyələrini verib:  

Bakıda  kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, fotoşəkil-1
Bakıda kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, fotoşəkil-1

“Əksər adamlar elə bilir, kompüterin "RAM"-ı (operativ yaddaşı) nə qədər böyükdürsə, o, o qədər çox sürətli işləyir. Bu yanlış təsəvvürdür! Təhsil üçün "I3" prosessoru da yetərlidir. Mən tələbələrə prosessorun hansı nəslə aid olunduğuna diqqət yetirmələrini tövsiyə edərdim. Prosessor son, ya da heç olmasa sonuncudan əvvəlki nəslə mənsub olmalıdır. Artıq prosessorların 8-ci nəsli gəlir, mən də elə  bunu məsləhət görərdim. Əsas odur, prosessurun "FSX" – yeni tipli sərt diski olsun, çünki bu disk əvvəlkindən beş dəfə sürətli işləyir. Onun hesabına bütün proqramlar yüksək sürətlə işləyir, kompüter prosesə tez qoşulur”.

Fərdi kompüter, yoxsa notbuk?

Menecerin sözlərinə görə, əgər müştəri fərdi kompüter və notbuk seçimi arasında qalıbsa, kompaktlıq arzu edilirsə, ikincisi daha uyğundur: "Amma fərdi kompüter həmişə daha yaxşıdır - ona "RAM" əlavə etmək, hətta prosessoru dəyişmək, hər il yeniləmək imkanı var. Notbukda isə yalnız RAM-ı dəyişmək olur".

“MVIDEO” mağazasının meneceri Heydər Heydərov isə Çin və ya Dubayda istehsal olunan saxta malları almamaq üçün məhsul istehsalçısının rəsmi zəmanətinə diqqət yetirməyi tövsiyyə edir. Onun sözlərinə görə, texniki fakültələrdə oxuyan tələbələrdən fərqli olaraq, humanitar fənlər üzrə təhsil alanlar bir qayda olaraq güclü texnikaya ehtiyac duymurlar: 

“Bu halda təqribən 500 manatlıq, məsələn, "HP" firmasının 4 nüvəli notbuku məqbul sayıla bilər. O sadə işlərdə çox sayda proqramın işləməsinə imkan verir. Proqramlaşdırma fakültəsində oxuyanlar üçün isə "I5" prosessorlu, 4 "RAM"lı, altıncı nəsil "Core" notbukları münasib sayıla bilər. Lakin belə texnika baha, 1200 manatdan daha yüksək qiymətlərə başa gəlir. Əlbəttə, daha üstün variantlar da var, hər şey sizin öyrəndiyiniz proqramlaşdırma növlərindən asılıdır”, - deyə menecer bildirib. 

Bakıda  kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, fotoşəkil-2
Bakıda kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, fotoşəkil-2

Onun dediklərindən belə məlum oldu ki, memarlıq fakültəsində oxuyanlara "3D" qrafika, mürəkkəb şəkillər və sxemlər yaratmaq üçün daha güclü texnika lazımdır. Bu halda minimum 16 GB operativ yaddaşlı, sistem üçün "SSD" diskli, fayların saxlanması üçün "HDD" sərt diskə malik "I7" prosessor vacibdir, yaxşı olardı ki, səkkinizci nəsildən olsun. Bundan başqa, "GTX" 1080 videokarta malik olmalıdır. 

Əgər printer alacaqsınızsa, Heydərov üçü birində "Epson L364"ü mələhət görür. Printerin təqribi qiyməti 340 manatdır. Onun boyaları asan tapılır. Amma lazer printerlərdən fərqli olaraq, rəngli mətni daha gec çap edir.

“CompStore” mağazasının meneceri Cavid Talıbov təhsil üçün lazımdırsa, notbuklardan "ASUS-"u, fərdi kompüterlərdən isə "HP"ni seçməyi təklif edir.

Bakıda  kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, fotoşəkil-3
Bakıda kompüter avadanlıqları alarkən nələrə diqqət etməli? – ARAŞDIRMA, fotoşəkil-3

"Megamart.az" onlayn mağazasının korporotiv meneceri Şamil Azakov isə tələbələrə 4 GB "RAM"a malik standart "I3" prosessorunu tövsiyyə edir, onun fikrincə, onlara 512 GB-lıq sərt disk də kifayət edər. Qrafika, veb-dizayn öyrənən tələbələrə isə 16 və 32 GB həcmli RAM", minimum "I7" prosessorlu texnika lazımdır. Menecer müştərilərə büdcəyə uyğun olraq "HP", "Epson" və "Canon" firmalarının printerlərini məsləhət görür. 

Tələbələr üçün xüsusi aksiyalar

“AmazonComputers”in meneceri bildirib ki, mağazalarında tələbələr üçün xüsusi aksiyalar yoxdur. Lakin mağazada səkkizinci nəsil "I5" notbukları 1090 manata almağa imkan verən sərfəli endirimlər mövcuddur. Bundan başqa, "FSX"-yə malik "I3" nəsil prosessoru 739 manata da əldə etmək olar.  

"MVIDEO" mağazasının meneceri Heydər Heydərov qeyd etdi ki, onlarda həmişə böyük endirimlər olur, bunun üçün alıcının tələbə biletini təqdim etməsi kifayətdir. Bu mağaza kompüter texnikalarını sərfəli qiymətə satmaqla, müxtəlif məktəblər və universitetlərlə əməkdaşlıq edir. 

Cavid Talıbovun sözlərinə görə isə, “CompStore” mağazası tələbələrə kompüter aksesusarlarını 50% endirimlə satır. Bütün mallarda 10%-dən 30%-ə qədər endirimlər mövcuddur. Bundan başqa, alış-veriş zamanı müxtəlif hədiyyələrin verildiyi aksiyalar da keçirilir.

Sonda oxucularımıza paytaxt mağazalarındakı bəzi kompüter avadanlıqlarının qiymətlərini təqdim edirik: 

Mağaza

Kompüterlər

Notbuklar

Printerlər

Mauslar

“MVIDEO”

799-1071

511-1300

340-3700

8 manatdan

“Bakinity”

890-1892

738-2779

260-1210

5 manatdan

“Gigatech”

600-3000

650-1700

200-1700

15-90 manatdan

“Amazon Computers”

890-1600

739-1900

109-750

5-55 manatdan

“CompStore”

600-963

525-1120

96-674

7 manatdan

“NIX.az”

700 manatdan

 500 manatdan

От 100

5 manatdan

“Magamart.az”

700 manatdan

650 manatdan

150-200

15-150 manatdan

Züleyxa İsmayılova

Bakucity.az

Kompüterlərin seçimi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilərin qorxulu röyası olan PUA-nın yeni seriyası gəlir. Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən "AKINCI” və "Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar "Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə...
Cəmiyyət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) BakuCity.az-a bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikamızda koronavirus infeksiya...
Cəmiyyət
"Vəziyyət kritikdir".  BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. İnfeksionist bildirib ki, bu şəkildə davam etsə, ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək: "Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Yoluxanlarının sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna görə və yoluxma əmsalı yüks...
Cəmiyyət
İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsılıb. Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir. BakuCity.az xəbər verir ki, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar ətraf rayonlarda da hiss olunub. Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub. (Haber Global) BakuCity.az
Cəmiyyət
Ermənilər rayonlarımızı atəşə tutmaqda davam edir. Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az