Bakıda möhtəşəm "Coffee & Tea Festival"ı davam edir - FOTO

Bakucity.az festivaldan yazır

Bakucity.az xəbər verir ki, festival Beynəlxalq Qəhvə Birliyinin ("Specialty Coffee Association") təşkilatçılığı ilə keçirilir. Festivalda qəhvə və çay istehsalı, həmçinin idxalı ilə məşğul olan şirkətlərin sərgisi; aksesuarlar və avadanlıqlar nümayiş olunur. Məqsəd isə paytaxtda çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsinin qazanılmasıdır. 

“SCA”nın Azərbaycan nümayəndəliyindən marketinq kordinatoru Aynur Tağıyeva Bakucity.az-a açıqlamasında bildirib ki, festivalda yerli təmsilçilərlə yanaşı qəhvə mədəniyyəti inkişaf etmiş ölkələrdən də iştirakçılar var:

“Festivalda yerli kofe və çay brendlərinin hamısı iştirak edir. Həmçinin, tədbirə qəhvə mədəniyyəti yüksək inkişaf etmiş Türkiyə, Kolumbiya, İtalya və s. kimi ölkələr də qatılıblar. Yanvarın 13-nə kimi davam edəcək festivalda çay və qəhvələr tamamilə pulsuz təqdim olunacaq. Satışda olan məhsullar isə, bazar qiymətlərindən 50%-ə qədər endirimlə təklif olunur. Çempionata isə sabah saat 12:15-də start veriləcək.”

Tədbirdə iştirak edən Türkiyə səfirliyinin Mədəniyyət və Turizm müşaviri İrfan Çiftçi festivalla bağlı fikirlərini Bakucity.az-la bölüşüb:

“Biz Bakıda ilk dəfə keçirilən çay və qəhvə festivalına Türkiyə Mədəniyyət və Turizm Nazirliyi olaraq türk qəhvəsini Azərbaycanda daha da geniş tanıtmaq məqsədi ilə qatılmışıq. Bizdə qəhvə mədəniyyəti tarixi çox qədimdir. Çünki qəhvəni dünyaya “Türk qəhvəsi” olaraq 500 il əvvəl məhz türklər tanıdıb. Az sonra isə Avropada modernizmin başlaması ilə qəhvənin önəmi də ortaya çıxdı ki, bunun da nəticəsində dünyada sürətlə qəhvə istehsalı və qəhvəxanaların açılma prosesi başlandı, qəhvə mədəniyyəti formalaşdı. Türk qəhvəsi haqqında türkülərimiz, filmlərimiz var, qəhvə falının sosial həyatımızda olan rolu isə böyükdür. Festival çox yaxşı başlayıb. Çalışacağıq ki, il ərzində qəhvə firmalarımızla birlikdə daha böyük layihələrə imza ataq və belə tədbirlərin davamına dəstək verək. Türk qəhvə mədəniyyəti kimi, Azərbaycanın çay mədəniyyəti də dərin tarixə malikdir və işıqlandırılması vacibdir. Xüsusilə indi, Azərbaycanın turizm ölkəsi olduğu bir vaxtda”, - deyə müşavir fikrini tamamlayıb.

Müşavirin müavini Adəm Keleş isə festivalın gözlənildiyindən də böyük coşqu ilə başladığını vurğulayıb:

“Bugünkü çay və qəhvə festivalı olduqca coşqulu və gözəl şəkildə başlayıb və davam edir. Türkiyə təmsilçisi olaraq isə qardaşlıqdan irəli gələn xüsusi qayğını və marağı açıq şəkildə hiss edirik. Türkiyənin bir nömrəli qəhvə brendi olan “Kuru kahveçi Mehmet efendi” ilə qatılmışıq festivala. “Bir fincan qəhvənin 40 il xətri var” deyimi ilə də yola davam edəcəyik”.

Bakıda keçirilən bu festivalı izləmək üçün xaricdən gələnlər də az deyil.

Tədbirə Ukraynadan qatılan azərbaycanlı xanım, qəhvə həvəskarı Günel Abdulrəhmanova fikirlərini saytımızla bölüşüb:

“Bakı doğma şəhərim olsa da, işimlə əlaqədar olaraq bura gec-gec gələ bilirəm. Lakin "Baku Coffee & Tea Festival"ına qatılmaya bilməzdim. Təşkilatçılara xüsusi təşəkkürümü bildirirəm ki, doğma şəhərimdə bu cür gözəl, yüksək səviyyətli festivalın keçirilməsinə zəmin yaradıblar”.

Qeyd edək ki, festivalın davamında Beynəlxalq Qəhvə Birliyinin (SCA) dəstəyi ilə barista arasında milli çempionat keçiriləcək. Çempionatın qalibi isə ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kollegiya tərəfindən seçilərək, Azərbaycanı 2019-cu ilin aprel ayında ABŞ-da keçiriləcək "World Barista Championship"da (Klassik Barista Çempionatı) təmsil edəcək.

"Baku Coffee & Tea Festival" 13 yanvara qədər davam edəcək.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
113 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Daxili işlər orqanlarında yeni təyinatlar olub. Bakucity.az xəbər verir ki,  Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsi...
Mədəniyyət
Xidmətlərə nələr daxildir və qiymətlər cibimizə uyğundurmu? Çin mətbəxi bütün dünyada yetərincə məşhurdur. Bakıda da son illər bu ölkənin mədəniyyətinə və mətbəxinə maraq getdikcə artır. Müxtəlif dadların zənginliyini özündə cəmləşdirən Çin mətbəxinin əsas özəlliyi odur ki, burada təamlar mövcud ölkənin damaq dadına uyğunlaşdırılaraq hazırlanır. Bakucity.az Çin mətbəxi ilə maraqlananlar üçün Bakıdakı Çin restoranları barədə material hazırlayıb. Bu araşdırm...
Hakimiyyət
Bakı Nəqliyyat Agentliyinə yeni təyinat baş tutub Bakucity.az xəbər verir qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. R. Əliyeva özü bu barədə sosial şəbəkədə məlumat yayıb. O, bundan əvvəl BNA-nın PR şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. Qeyd edək ki, Mayis Ağayev qurumun mətbuat katibi kimi öz fəaliyyətini davam etdirəcək. Bakucity.az
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasın...
Biznes
AZAL-dan açıqlama verildi Bakucity.az xəbər verir ki, paytaxt ərazisində müşahidə edilən hava şəraiti Azərbaycan Hava Yollarının hərəkət cədvəlinə təsir göstərməyib. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, bütün reyslər qrafik üzrə gedir: “Paytaxt ərazisində mövcud vəziyyət Heydər Əliyev Hava Limanının işinə heç bir mənfi təsir göstərməyib. Hazırkı vəziyyətdə bütün reyslər qrafik üzrə hərəkət edir”....
Cəmiyyət
Prezident İlham Əliyev qanun imzaladı Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edir. Məcəlləyə əlavə edilən 393-1-ci (Mənzil qanunvericiliyinin pozulması) maddəyə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayı...
Hakimiyyət
Daxili işlər naziri əmr imzaladı Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib. Bunu da oxu: Beyons Bakıya gəlir? Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.  Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı R...
Mədəniyyət
Ulduz müğənninin "Formula 1"də çıxış edəcəyi deyilir Bakucity.az xəbər verir ki, dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək.  “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai  Bakıya gələcək ulduzların adının hələ müəyyənləşmədiyini qeyd...
Cəmiyyət
Hava xəbərləri cəmiyyətdə həyacan yaradıb. Bakucity.az xəbər verir ki, dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.  Bunu da oxu: Bakıda külək dayanacağı dağıtdı - FOTO Paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.  ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da...