Bakıda “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək

Bakıda “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi keçiriləcək

Diləfruz Bağırovanın tələbələri və rəssam dostlarının rəsm əsərləri nümayiş etdiriləcək.

Bakucity.az xəbər verir ki, Ağ Şəhər Qalereyasında “Yeni nəfəs” adlı xeyriyyə satış-sərgisi yanvarın 12-də, Uşaqların Xoşbəxt Gələcəyi Fondu və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sərgidə rəssam Diləfruz Bağırovanın tələbələri və onun rəssam dostlarının rəsm əsərləri nümayiş etdiriləcək və satışa çıxarılacaq. Əldə olunan vəsait ürək qüsurundan əziyyət çəkən 2 yaşlı Hikmət Mirzəzadənin 3-cü əməliyyatına sərf ediləcək.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər