Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Konsert Zeynal Cabbarzadənin yaradıcılığına həsr olunub

Bakucity.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış şair-publisist Zeynal Cabbarzadənin yaradıcılığına həsr olunub.

Tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Konsertdə tanınmış ifaçılar tərəfindən parlaq və şən mahnılar səsləndirilib. İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir. (AzərTac)

Bakucity.az

Muğam Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər