Coşqun Diniyev “Qarabağ”ı "Sabah"a dəyişdi

Coşqun Diniyev “Qarabağ”ı "Sabah"a dəyişdi, Javid

Şahin Diniyevin oğlu üçün “Qarabağ” dünəndə qaldı

Bakucity.az xəbər verir ki, mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qarabağ”da bir futbolçu ilə yollar ayrılıb. 

Yarımmüdafiəçi Coşqun Diniyev “Sabah”ın düşərgəsinə qoşulub. 

Onunla üç illik müqavilə bağlanılıb. Şahin Diniyevin kiçik oğlu yeni klubunda 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi “Qarabağ”la mövsümün sonunda başa çatacaqdı. 2015-ci ildən Ağdam komandasında çıxış edən Diniyev 112 matça çıxmış və beş qolla yadda qalmışdı.

Xatırladaq ki, Coşqun Diniyev karyerası ərzində “Qarabağ”dan əvvəl 2013-2015-ci illərdə “İnter”də (indiki “Keşlə” – red.) çıxış edib. O, Azərbaycan millisində səkkiz oyun keçirib. (oxu.az)

Bakucity.az

Sabah FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər