Bakıda yalnız qadınlar üçün xidmət göstərən obyektlər - ARAŞDIRMA

Bakıda yalnız qadınlar üçün xidmət göstərən obyektlər - ARAŞDIRMA, Javid

Bu məkanlarda göstərilən xidmətlər neçəyə başa gəlir?

Gözəllik salonlarını çıxmaq şərti ilə bu gün Bakıda sırf xanımlar üçün nəzərdə tutulmuş istirahət, əyləncə, sağlamlıq və s. mərkəzlərinin sayı çox deyil. Amma bu azlıqda belə seçim etmək üçün məlumatlı olmaqda fayda var. Bakucity.az mövzu barədə araşdırma hazırlayıb. Bakıda yalnız qadınlar üçün fəaliyyət göstərən məkanlar barədə materialımızı təqdim edirik. 

“Qadınları xoşbəxt etmək üçün onların hər kaprizini yerinə yetirmək lazımdır”

“İncə Kaprizlər” SPA və Gözəllik salonunun administratoru Rəvanə İsmayılova mərkəzdə qadınlara göstərilən xidmət və qiymətlər barədə məlumat verib: 

“Məkanımız qadınların daha gözəl, daha ideal və ən əsası daha sağlam olmaları üçün fəaliyyət göstərir. Burada qadınların istirahəti, düzgün qidalanması, gözəlliyi üçün hər cür şərait yaradılıb. Sağlam və düzgün istirahət həm simamızda, həm bədənimizdə, həm də ruhumuzda əks olunur. Burada ləziz yeməkləri ilə seçilən restoranımız var, biz bar, karaoke, qəlyan sevənləri də unutmamışıq, məkanımızda hamam, rus saunası, masaj kimi xidmətlər də göstərilir". 

Bakıda yalnız qadınlar üçün xidmət göstərən obyektlər - ARAŞDIRMA, fotoşəkil-1

Məkanda həmçinin saça qulluq, manikür-pedikür, peşəkar vizaj, kosmetoloq kimi xidmətlərin də təklif edildiyini deyən R. İsmayılova onu da qeyd edib ki, burada xınayaxdı, ad günü kimi tədbirlər peşəkarlar tərəfindən həyata keçirilir.

Yalnız qadınlar üçün fəaliyyət göstərən ilk çay evi

“Women Café Mandarin” 2012-ci ildə sırf xanımlar üçün çay evi statusu ilə fəaliyyətə başlayıb. Burada kişilərdən uzaqda dincəlmək, rəfiqələrlə əylənmək, ətirli çaylardan içməkdən əlavə, Avropa və milli mətbəxin ləzzətli yeməklərindən dadmaq, həmçinin qəlyandan zövq almaq mümkündür. Saytımıza açıqlama verən kafenin əməkdaşı belə deyib:

“"Mandarin" xanımların istirahətini nəzərə alaraq münasib qiymət, əla xidmət və dinc mühit təqdim edir. Kişilərə giriş qəti qadağandır! Məkanımızın bu kimi üstünlüklər var: masa sifarişi, banketlərin qəbulu, siqaret çəkməyən və çəkənlər üçün ayrıca yerlər, ödənişsiz Wi-Fi, qəlyan, karaoke, spirtli və spirtsiz içkilər, fon musiqisi və s.  Burada istirahət etmək üçün bir xanımın xərcləyəcəyi orta hesab 15-20 manatdır”.

Sağlam bədəndə sağlam ruh

“Almaz qadın klubu” xanımların xoş istirahətini təmin etməklə yanaşı, onların gözəlliyi üçün də xidmət göstərir. Klubun əməkdaşı Nərminə Babayeva göstərdikləri xidmətlər barədə danışıb:

“Məkanımızda xanımlara makiyaj, xına döyməsi, avtoqaralma, kosmetik masaj və maskalar, “thread lifting”, "3D" üz modelləşdirilməsi, akne müalicəsi, mikrodermabraziya, “peels"; qırışların düzəldilməsi, limfodrenaj proseduru, kavitasiya; "RF-liftinq" proseduru, lassik, ayurvedik, limfodrenaj masaji və anti-sellülit masajı kimi xidmətlər göstərilir. Həmçinin türk hamamı, peşəkar saç və dırnaq ustaları xanımların xidmətindədir. Qiymətlərimiz isə münasibdir”. 

“Kluba gələn xanımlar üçün azı 1 saat idman məcburidir”

“Sultan Saba Spa-Club”da qidadan tutmuş istirahətə, çəki atmaqdan başlamış gözəlləşməyə qədər hər problemin həlli var deyən administrator xanım məkanda olan xidmətlər barədə Bakucity.az-a məlumat verib:

“"Sultan Saba Spa Club" - sağlamlıq mərkəzi 2000 kvadrat metrlik sahədə “Technogym” trenajorları ilə təchiz olunmuş idman zalı, fitnes studiyası, hovuz, xüsusi müalicə üsulları ilə buxar hamamı, fin saunası, hovuzun yanında istirahət sahəsi, tualet və duş ilə tam təchiz olunub. Kluba gələn xanımlar üçün azı 1 saat idman məcburidir. Burada həm fərdi, həm də qruplar üçün peşəkarlar tərəfindən proqramlar tətbiq edilir, qiymətlərimiz isə sərfəlidir”. 

Administrator qiymətlərlə bağlı ümumi məlumat verərək qeyd edib ki, klubun üzvlük proqramının “Gold” təklifinə fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamam, həmçinin “Fit&Fun” qrupunun bütün proqramları daxildir. 

Bakıda yalnız qadınlar üçün xidmət göstərən obyektlər - ARAŞDIRMA, fotoşəkil-2

"Women's cofe”nin direktoru Yulya Dmitriyeva isə məkanın qadınlara özəl, incə detallarla dizayn olunan səliqəli və rahat, ev mühitini xatırladan məkan təklif etdiyini bildirib: 

“Məkanımız siqaret çəkənlər və siqaret çəkməyənlər zonalarına bölünür. Burada xanımların kollektiv əyləşmələri üçün 2 "VIP" otaq var. Mətbəx Avropa yeməkləri, spirtli və spirtsiz içkilər, qəlyan və əlbəttə, desertlərdən ibarətdir.

Bakucity.az bir məkanda nəyə görə bir-birilə əlaqəsiz bir çox xidmətlərin göstərildiyini də öyrənib. Mərkəzlərin əməkdaşları bildiriblər ki, bu qədər xidmətin eyni məkanda göstərilməsinə səbəb sırf qadınların rahatlığını tam təmin etmək üçündür. Çünki şəhərdə hökm sürən tıxac və yol problemlərinə görə, bir istirahət günündə ayrı-ayrı ünvanlarda yerləşən kafe, fitnes və spa, həmçinin gözəllik salonlarının xidmətlərindən yararlanmaq mümkün deyil. 

Sonda oxucularımıza paytaxtda qadınlar üçün nəzərdə tutulmuş məkanlardakı qiymətləri təqdim edirik:

Mərkəzin adı

Xidmət

Qiymət

“İncə Kaprizlər”

Masaj: 30 dəq

1) Yerli masaj
2) Vakuum masaj
3) Masaj bal ilə
4) Süpürgə
5) Bambuk

1) 20₼
2)
26₼
3)
30 ₼
4)
10 ₼
5)
4 ₼

Kosmetologiya:

1) Axşam makiyajı
2) Gündüz makiyajı
3) Kiprik qoyulması

1) 50 ₼
2) 30 ₼

3) 10 ₼

Hamam:

1) Kisə

2) Sabunlama

3) Süpürgə

4) Bambuk 

     1)14 ₼

     2)10 ₼

     3)10 ₼

     4)4 ₼

Yalnız saunadan istifadə

 10 ₼

Saçlara baxım:

     1)Sadə saç düzümü

     2)Saç kəsimi

     3)Saç boyaması

     4)Melirovaniyestart

     1)15-25 ₼

     2) 20 ₼

     3)20-40 ₼

     4)35 ₼

Manikür:

     1)Manikür

     2)Manikür+Şellak

     3)Dizayn

4)   Dırnağa gel

      5)Tips qaynaq

      6)Formada qaynaq

      7) Korreksiya

1)15 ₼

2)    25 ₼

3)    30 ₼

4)50 ₼

5)    60 ₼

6)70 ₼

7)40 ₼

Pedikür:

1)Pedikür

2)Pedikür+Şellak

3)Pedükür, şellak, dizayn

4)Sınmış dırnağın bərpası

5)Sadə lakın çəkilməsi

     1)20 ₼

     2)30 ₼

     3)35 ₼

      4)15 ₼

     5)2 ₼

“Women Café Mandarin”

1 nəfərlik menyu (orta hesabla)

     15-20  ₼

“Almaz qadın klubu”

Spa zona:

Türk hamamı, kisə, köpüklü masaj, skrab, cakuzi, mirvari vanna və parafinoterapiya

    10

Masaj:

      1)Klassik, müalicəvi, rahatlaşdırıcı və masaj miks

      2)Daş terapiyası, anti-sellülit və  limfodrenaj 

     3)Üz masajı

      4)Tayland bitki torbası ilə masaj

     1)35 ₼

     2)55 ₼

     3)25 ₼

     4)60 ₼

Kosmetolojı xidmətlər:

      1)Biorevitalizasiya

      2)Dolğu

     3)Üz dərisinə spa qulluq

     4)Mezoterapiya  və PRP

 1)80-150 ₼

     2)15- ₼

     3)30 ₼

     4)50 ₼

Salon xidməti:

Aerozaqar

30-50 ₼

Bürünmə:

     1)Şokolad, yosunla və palçıqla

     2)Anti-sellülit bürünmə hamamda (xüsusi proqramla)

1)30 ₼

 2)60 ₼

“Sultan Saba Spa-Club”   

Masaj:

    1)Çin-Yanq və İsveçrə masajı (30 dəq)

     2)Çakra daşları ilə masaj (70 dəq)

     3)İtalyan baş masajı (40 dəq)

     4)Hind baş masajı və saç maskaları (45 dəq)

     5)Yerli masaj (30 dəq)

      1)50-65 ₼

      2)60 ₼

      3)40 ₼

4)50 ₼

      5)30 ₼

Kosmetologiya:

     1)Ametis ilə üzə qulluq (70 dəq)

      2)Aroma derm bədənin bandajlarla sarğılanması (45 dəq)

      3)Stravak vakuum arıqlama aparatı (50 dəq)

     4)Üzün kimyəvi pilinqi

    1)30 ₼

      2)70 ₼

 3)100

 4)30

Bədən kosmetologiyası

30

“Women's cofe”

Menyudan asılı olaraq

10-100 ₼ (ortalama)

Hazırladı: Ramilə Qardaşxanqızı

Bakucity.az

Qadınlar üçün məkanlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər