Bakıda marketlərdə 10 manata çörək satılır - VİDEO

Bakıda marketlərdə 10 manata çörək satılır - VİDEO, Javid

Paytaxtın bəzi marketlərində 10 manata çörək satıldığı məlum olub

Bakucity.az xəbər verir ki, adi çörək 40-50 qəpiyə, bu çörəklər isə təxminən 10 manata satılır.

Söhbət Bakıda bəzi supermarketlərdə satılan "qlütensiz çörək''dən gedir. 

Qida mühəndisi İsa Əliyev deyir ki, ''qültensiz çörək''lər bəzi xəstələrin ən çox istifadə etdiyi qidadır.

Onun sözlərinə görə, qlütenli çörəklər, yəni ''çölyak'', bağırsaq allergiyası xəstələri üçün zərərlidir. Ona görə də bu xəstəlikdən əziyyət çəkən insanlar qarğıdalı və kartof unundan hazırlanan ''qlütensiz çörək''lərdən istifadə edirlər. Ekspert az qala bir kiloqram ətin qiymətinə olan bu çörəklərin baha olmasının səbəbini xaricdən gətirilməsi ilə əlaqələndirir.

Bakucity.az

Çörək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər