BDU-da yeni təyinat oldu - FOTO

BDU-da yeni təyinat oldu - FOTO

Məşhur dövlət məmuru vəzifəyə gətirilib

Bakucity.az xəbər verir ki, BDU-nun rektor (əvəzi) səlahiyyətlərini müvəqqəti icra edən  Firudin Qurbanovun əmri ilə Kadrlar şöbəsinin müdir əvəzi Təranə Əhədova vəzifəsindən azad edilib. 

Firudin Qurbanovun imzaladığı bir digər əmrə əsasən, BDU-nun Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı  təsdiqləyib.

Xatırladaq ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsini icra edib. (Oxu.az)

BDU-da yeni təyinat oldu - FOTO, fotoşəkil-1

Bakucity.az

BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər