Bakıda “Özünü kəşf et” yekun sərgisi təqdim edildi

Bakıda “Özünü kəşf et” yekun sərgisi təqdim edildi

İndiyə qədər 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib

Bakucity.az xəbər verir ki, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Özünü kəşf et” adlı ustad dərslərinin “Artıq kəşf etdim” adlı yekun sərgisi açılıb.

“Özünü kəşf et” layihəsi iyul ayından dekabr ayına kimi davam edib və uğura imza atmağa nail olub. Belə ki, indiyə qədər 600 nəfərin iştirakı ilə 30-dan çox dərs keçirilib və iştirakçılar ustadlardan öyrəndikləri vasitələrlə yaratdıqları əsərləri qonaqlara təqdim ediblər.

Tədbir zamanı pianoçu Seymur Əliyevin ifaları iştirakçılarda xoş ovqat yaradıb. (AzərTac)

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər