Bakıda 62 yaşlı kişi özünü binadan atdı

Bakıda 62 yaşlı kişi özünü binadan atdı

Cinayət işi başlandı

Yasamal ərazisində kişi özünü eyvandan ataraq intihar edib.

Bakucity.az xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 345 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü İlyas Əsəd oğlu Quliyev 8-ci mərtəbədən özünü atıb. Nəticədə, o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. (Oxu.az)

Bakucity.az

intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər