“Neftçi” Rivaldonun oğlunu alır?

“Neftçi” Rivaldonun oğlunu alır?

“Neftçi”nin bu transferdə maraqlı olduğu bildirilir.

Bakucity.az xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçən “Neftçi” transfer çalışmalarını da davam etdirir. 

Bolqarıstan mətbuatı Bakı klubunun əfsanəvi braziliyalı futbolçu Rivaldonun oğlu Rivaldinyonu almaq istədiyini yazıb. 

Bildirilir ki, “Levski”nin futbolçusunu menecerlər Azərbaycan təmsilçisinə təklif edib. “Neftçi”nin də bu transferdə maraqlı olduğu yayılan xəbərlər arasındadır. 

Qeyd edək ki, ötən ilin yanvarından “Levski”nin formasını geyinən Rivaldinyo 13 oyunda 1 qol vurub. (“Qafqazinfo”)

Bakucity.az

Neftçi FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər