User views view_news rubric_id news_rubric_id 1

Vurduğu piyadanı köməksiz qoyub qaçan sürücü saxlanıldı

O piyadanı əvvəlcə maşına mindirib, sonra düşürdüb

Vurduğu piyadanı xəstəxanaya aparmaq adı ilə avtomobilinə mindirən, amma yol kənarında köməksiz vəziyyətdə atıb qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini 18 yaşlı İntiqam Məmmədov vurulub.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Eldar Əliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, qəzadan sonra sürücü piyadanı hadisə şahidlərinin köməkliyi ilə idarə etdiyi avtomobilə mindirib və onu xəstəxanaya aparacağını bildirib. Amma sürücü hadisə yerindən bir neçə yüz metr kənarlaşandan sonra piyadanı maşından düşürüb. Daha sonra isə E.Əliyev huşu özündə olmayan zərərçəkəni köməksiz vəziyyətdə yol kənarına ataraq oradan uzaqlaşıb.

Zərərçəkənin yaxınları Sabunçu Rayon Polis İdarəsinə məlumat verəndən sonra piyadanın axtarışlarına başlanılıb. İ.Məmmədov qəzanın səhəri günü polislər tərəfindən yaralı halda atıldığı yerdən tapılaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

İstintaq zamanı o da müəyyən olunub ki, E.Əliyev bir neçə il əvvəl piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyi üçün məhkəmənin qərarı ilə məhkum olunub.

Qeyd olunan faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1 (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış fevralda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılacaq. Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə fevralın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılacaq. Kitabxanadan alınan məlumata görə, sərgi çərçivəsində Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı da planlaşdırılır. Bakucity.az
Biznes
70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bakucity.az xəbər verir ki, “Bakı Gəmiqayırma Zavodu”nda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün daha iki tankerin inşası gözlənilir. Bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında yeni müqavilə də imzalanıb. ASCO donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70-dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavod...
Mədəniyyət
Sərgi bir həftə davam edəcək. Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə fevralın 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb. Sərgidə Azərbaycan dilinin tarixi zənginliyini, dil mədəniyyətini əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sər...
Mədəniyyət
“Filmlər Bakı fonunda” layihəsi maraqla qarşılanıb Bakucity.az xəbər verir ki, azərbaycanlı qrafik dizayner Bahaddin Məmmədlinin “Filmlər Bakı fonunda” layihəsi sosial şəbəkədə maraqla qarşılanıb. Dizayner məşhur film personajlarını qrafik üsulla Bakıya gətirib. Bahaddin Məmmədlinin işlərini təqdim edirik.  Bakucity.az
Hadisələr
Qadın müəllimlərin davasına görə cinayət işi başladıldı Bakucity.az xəbər verir ki, Nizami rayonunda yerləşən Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin müəllimləri - D.İsayeva ilə Q.Süleymanova arasında əvvəl mübahisə düşüb. Mübahisə zamanı D.İsayeva həmkarına zor tətbiq edib. Bunu da oxu: Bakıda maaşla bağlı şirkət rəhbərlərinə xəbərdarlıq edildi Q.Süleymanovanın şikayəti əsasında D.İsayevanın barəsində Nizami Rayon Prokurorluğunda Cinayət Məcəll...
Mədəniyyət
Hər iki balet maraqla qarşılanıb Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi bir gündə iki səhnə əsəri ilə baletsevərlərin görüşünə gəlib. Teatrdan bildirilib ki, əvvəlcə sənət ocağının səhnəsində Sergey Prokofyevin “Tamahlar” birpərdəli baleti təqdim olunub. Baletin quruluşçu baletmeysteri fransalı xoreoqraf Allen Amberdir. Səhnə əsərində aparıcı solistlər Gülağası Mirzəyev, Makar Ferştadnt, Nigar İbrahimova, Elmira Süleymanova...
Biznes
Bəzi ev sahiblərinə kompensasiya verilməyəcək Bakucity.az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək. Bunu da oxu: Bakıda maaşla bağlı şirkət rəhbərlərinə xəbərdarlıq edildi Taxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır. Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılı...
Biznes
Nazirlik işəgötürənlərə rəsmi müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Qurumdan verilən məlumata görə, işçilərin minimum əmək haqqı 180 manata çatdırılmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edilərək martın 1-dək elektron informasiya sisteminə daxil edilməlidir. Bunu da oxu: Metrodan istifadə edənlərə şad xəbər - FOTO Azərbaycan Respublikasının Prezidenti cə...
Hadisələr
Məhkəmədə insident: hakim və prokurora fiziki təzyiq göstərilib. Bakucity.az xəbər verir ki, T.Səfərova məhkəmə iclasına sədrlik edən hakim Süleyman Ağayevə qarşı fiziki təzyiq göstərib. Bunu da oxu: Metrodan istifadə edənlərə şad xəbər - FOTO Belə ki, oğurluqda təqsirləndirilən O.Səfərovun anası T.Səfərova dövlət ittihamçısının çıxışından sonra məhkəmə zalına daxil olub. O, əvvəlcə prosesə sədrlik edən hakimin üzərinə gedib. Qadın hakim S.Ağayevə qarşı fi...