DİN Bakıda özünü yandıran şəxslə bağlı açıqlama yaydı

Cinayət işi başlanıldı.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşın özünü polis bölməsinin qarşısında yandırması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə açıqlamasında bildirib ki, bəzi xəbər saytlarında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakini Tərlan İslamovun 40-cı Polis Bölməsində şikayətinə baxılmadığı barədə yayılmış iddialar əsassızdır: “Həqiqətən cari il yanvarın 12-dən 13-nə keçən gecə, saat 00.44-də əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmuş Tərlan İslamov DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edərək onunla əlaqədar Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində aparılan araşdırmanın gedişindən narazılığını bildirib.

Zəngdən az sonra Tərlan İslamov bölməyə dəvət edilib, lakin onun sərxoş olduğu müəyyən edildiyindən araşdırmanın gedişi barədə səhər ona ətraflı məlumat veriləcəyi, narazı qalacağı halda rayon Polis İdarəsinin və Prokurorluğunun rəhbərliyinə müraciət edə biləcəyi sonuncunun nəzərinə çatdırılıb. Lakin Tərlan İslamov bölməni tərk etdikdən sonra idarə etdiyi “VAZ-2107” markalı avtomobildə saxladığı 1 qab benzini üzərinə tökərək özünü yandırıb. Bu zaman ayıq-sayıq tərpənən polis əməkdaşları tərəfindən dərhal yanğının söndürülməsi və yaralının xəstəxanaya çatdırılması təmin olunub. Hazırda rayon prokurorluğu tərəfindən bu faktla əlaqədar araşdırma aparılır”.

O.Mansurzadə həmçinin qeyd edib ki, T.İslamovun gedişatından narazı qaldığı araşdırmanın aparılmasına isə ötən il oktyabrın 9-da rayon ərazisindəki kafelərdən birində bu şəxsin iştirakı ilə baş vermiş bir xuliqanlıq əməli səbəb olub: “Belə ki, sözügedən kafenin sahibi Vüqar Rüstəmov 9 oktyabr 2018-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01 radələrində işlətdiyi kafedə bir neçə nəfərin onu təhqir edərək döydüyünü bildirib.

Öz növbəsində Tərlan İslamov da bölməyə qarşılıqlı ərizə ilə müraciət edərək ödəmək üçün çıxardığı 130 manatının və qardaşı Tərzan İslamovun mobil telefonunun kafenin müdiri və onun əmisi oğlu tərəfindən alındığını göstərib.

Araşdırmalarla kafenin müdiri Vüqar Rüstəmovun yaranmış mübahisə zəminində iki qardaş tərəfindən döyülməsi müəyyən olunub, lakin Tərlan İslamovun göstərdiyi xüsusatlar bu zaman öz təsdiqini tapmayıb.

Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən cari il yanvarın 12-də fakta görə Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”. (Report)

Bakucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Düşmən ordumuz tərəfindən atəşə tutulur. Azərbaycanın artilleriyaçıları düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməyə davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Cəmiyyət
Erməni radiosunun saytında Burak Özdemirin fotosu yerləşdirib. Ermənistan İctimai Radiosu Ermənistan Müdafiə Nazirliyinin cəbhədə savaşan ermənilərlə bağlı hazırladığı video xəbərin başlıq şəklinə məşhur türkiyəli bloqçu Burak Özdemiri hərbi formadakı görüntüsünü yerləşdirib. BakuCity.az xəbər verir ki, həmin xəbər radionun saytında dərc olunub. Bu, Ermənistan İctimai Radiosunun qalmaqala yol aça biləcək ilk hərəkəti deyil. Belə ki, radionun saytında türki...
Cəmiyyət
Sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. BakuCity.az
Cəmiyyət
“714 yoluxma bizim üçün də yeni rəqəmdir”. “Biz bilirdik ki, payız-qış aylarında virusa yoluxma sayında artım gözlənilir. Amma 714 yoluxma bizim üçün də yeni rəqəmdir. Sağalanların sayı 176 nəfərdir. Havalar hələ çox soyumadığı üçün insanlar da bizimlə razılaşar ki, mövcud artım dinamikasını bununla əlaqələndirə bilmərik. Deməli burada başqa məqamlar var. Sentyabr ayında yoluxmaların sayının azalması insanları bir qədər rahatlaşdırdı. Artıq yenidən həyəcan...
Ekologiya
Bakıda oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyi...
Siyasət
Key Beyli Xatçison virtual mətbuat konfransa qatılıb. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Xatçison virtual mətbuat konfransında jurnalistlərə bildirib ki, Alyans “ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağda münaqişəni dayandırmağa çalışır”. BakuCity.az xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb. “Bu problem 30 ildir çürüyür. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk Qrupu münaqişəni başlanğıc mərhələyə, yəni Azərbaycanın suveren sərhədləri...
Cəmiyyət
Xəstələrin bir qismi ev şəraitində müalicə olunur. “İyul ayının 1-dən etibarən yüngül əlamətləri olan xəstələri ev şəraitində müalicə edirik. Çox nadir hallarda poliklinikanın dəstəyi ilə ev şəraitində müalicə alan xəstələr arasında ağırlaşmalar baş verir. Bu, daha çox “COVİD” testi müsbət olanlarda deyil, pnevmoniyalı xəstələrdə olur”.  BakuCity.az xəbər verir ki, bunu AzTV-yə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya–Epidemioloji N...
Cəmiyyət
Rusiyanın Hava-Kosmik Qüvvələri Ermənistana ən azı 13 Miq-29 təyyarəsi yollayıb. BakuCity.az xəbər verir ki, İrəvandakı Erebuni hərbi aviabazasının peykdən çəkilmiş fotoları buna dəlalət edir. Söhbət məhz Rusiyanın hərbi təyyarələrindən gedir, çünki Ermənistanın Hərbi-Hava Qüvvələrində rəsmi olaraq MiQ-29 qırıcıları yoxdur. Fotoda MiQ-29 qırıcıları ilə yanaşı, 13 hərbi helikopter də görünür. Bu isə hərbi aerodromun yetərincə ciddi potensialına dəlalət edir...
Cəmiyyət
Ermənistan Qəbələ, Kürdəmir və Siyəzənə altı raket atıb. Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Düşmən tərəfindən saat 07:00 radələrində Siyəzən rayonu istiqamətində üç raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində iki raket və Kürdəmir rayonu istiqamətində bir...