Bakıda “Unutsaq unudularıq” adlı rəsm sərgisi açılacaq

Bakıda “Unutsaq unudularıq” adlı rəsm sərgisi açılacaq, Javid

Sərgi 20 Yanvara həsr olunub.

Bakucity.az xəbər verir ki, yanvarın 16-da Xətai Sənət Mərkəzində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Unutsaq unudularıq” adlı rəsm sərgisi açılacaq.

Xətai Sənət Mərkəzindən bildirilib ki, sərginin açılmasında məqsəd 20 Yanvar faciəsinin dəhşətlərini rəsm əsərləri vasitəsilə nümayiş etdirməkdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri də iştirak edəcək.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər