Maksim Fadeyev Bakıda konsert verəcək

Maksim Fadeyev Bakıda konsert verəcək

Muğənni 2-ci konsertini Bakıda verəcək.

Bakucity.az xəbər verir ki, rusiyalı müğənni, prodüser və bəstəkar Maksim Fadeyev Bakıda konsert proqramı ilə çıxış edəcək. 

Konsert fevralın 16-da Bakının Konqres Mərkəzinin səhnəsində baş tutacaq.

M.Fadeyev 25 illik səhnə həyatında konsertlər verməyə yeni başlayıb. İlk konsertini Moskvada verən muğənni Bakıda 2-ci konsertini verəcək.

Konsert şousunda M.Fadeyevin xüsusi qonağı “Serebro” qrupunun keçmiş iştirakçısı, hazırda isə Molli səhnə adı ilə çıxış edən müğənni Olqa Seryabkina olacaq.

Bakucity.az

Maksim Fadayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər