Bakıda 20 Yanvarla bağlı tədbirlər keçiriləcək

Bakıda 20 Yanvarla bağlı tədbirlər keçiriləcək

20 Yanvar faciəsinin ildönümü müxtəlif tədbirlərlə qeyd olunacaq.

Bakucity.az xəbər verir ki, paytaxt Bakıda törədilən 20 Yanvar faciəsindən 29 il ötür. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq olunub.

Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, teatr, kino və konsert müəssisələrində, bədii təhsil ocaqlarında və s. kimi məkanlarda 20 Yanvarın ildönümü münasibətilə tamaşalar, musiqi gecələri, sərgilər keçiriləcək.

Bakucity.az

20 yanvar faciəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər