DİN Bakıda yüksək vəzifələrə təyinatlar etdi

DİN Bakıda yüksək vəzifələrə təyinatlar etdi, Javid

Bakı Şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib.

Bakucity.az xəbər verir ki, daxili işlər orqanlarında yeni təyinatlar olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri təyin olunub.

Nazirin digər əmri ilə, Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Bakucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər