Sərgidə 40-a yaxın əsər nümayiş olunub
Bakucity.az xəbər verir ki, gənc rəssam Fidan Əliyevanın "Ağ şəhər" İncəsənət Qalereyasında "Həyat şəfqəti" adlı fərdi sərgisi açılıb.
Sərgidə 40-a yaxın əsər nümayiş olunub. Əsərlərində orijinal kompozisiya və üslub müxtəlifliyi nəzərə çarpıb. F.Əliyeva Bakucity.az-a açıqlamasında bildirib: "İstəyirəm mənim işim insanlarda həyat eşqi yaratsın".
Xalq rəssamı Səlhəb Məmmədovun sözlərinə görə, bu sərgi, gənc rəssamın üçüncü sərgisidir. Gənc olmasına baxmayaraq, əsərləri özünəməxsusluğu və informativ xarakteri ilə fərqlənir və bu sərgi rəssamın yüksək peşəkarlığını nümayiş etdirir. Onun yaradıcılığında isə Azərbaycanın təbiətinin gözəlliyini əks etdirən əsərlər xüsusi yer tutur.
Gənc sənətkarın yaradıcılığı haqqında danışılanlardan və sərgidən məlum olub ki, əsərlərdə rəssamın yeni bir ifadə tərzini, özünü və fərdi üslubunu tapmaq həvəsi var.
Sərgi yanvarın 21-dək davam edəcək. (Fotolar AzərTaca-a məxsusdur)
Bakucity.az