Bakı “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar başlandı

Bakı “Lifttəmir” İstehsalat Birliyində yoxlamalar başlandı, Javid

Sabiq direktor barəsində araşdırmalar davam etdirilir

“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov barəsində araşdırmalar davam etdirilir”.

Bakucity.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2018-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin qurumda Maliyyə Nazirliyi də yoxlamalar aparır: “Biz buna ehtiyac hiss etdik. Hazırda araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, Q.Şükürov ötən ilin oktyabrında vəzifəsindən azad edilib. Onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələr üzrə cinayət işi başlanılıb.  (Report)

Bakucity.az

Bakı “Lifttəmir”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər