Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO

Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO

Məşhur azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib

Bakucity.az xəbər verir ki, paytaxtda İrşad oteldə tanınmış azərbaycanlı rəssam Soltan Soltanlının "Yüksək ideyalar yolunda" adlı fərdi sərgisi açılıb.

Sərgidə rəssamın son 2 ildə ərsəyə gətirdiyi 30-a yaxın əsər nümayiş olunur. Rəssam açıqlamasında hər bir əsərinin insanlara insanlara ünvanladığı mesaj olduğunu bildirib:

"Əsərlərim irrealizmi əks etdirir, amma buna baxmayaraq, onların hər birində həqiqətin həqiqiliyini qəbul etmək üçün bir yer var - realizm. Mən bir insana - təbiətini, xarakterini, xarakter xüsusiyyətlərini, duyğu sahəsini, ümumiyyətlə mahiyyətini göstərməyə çalışıram", - deyə Soltan Soltanlı Bakucity.az-a açıqlamasında bildirib.

Rəssam tez-tez Azərbaycanı beynəlxalq sərgi və müsabiqələrdə təmsil edir.

Bakucity.az

Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-1 Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-2 Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-3 Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-4 Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-5 Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-6 Bakıda "Yüksək ideyalar yolunda" adlı sərgi keçirildi - FOTO, fotoşəkil-7

Cəmilə Amirova

Bakucity.az

Soltan Soltanlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər