Bakıda yaxşı optik eynəyi haradan alaq? - ARAŞDIRMA

Bakucity.az-ın növbəti araşdırması

Müasir dövrdə eynək taxanların sayında artımın olduğu heç kimə sirr deyil. İfrat kompüterləşmə, stres və ya dəblə əlaqədar eynək taxanların sayı artıb. Bakıda eynək seçimi edəcək nə qədər çox mağaza olsa da, heç də həmişə keyfiyyətli, dəbli və büdcəyə uyğun eynək tapmaq olmur. Bakucity.az hansı mağazalarda oftalmoloq xidmətinin göstərildiyini, sifariş olunan eynəklərin hansı müddətə hazır edilidiyini və bazarda qiymətlərin necə olduğunu araşdırıb. Materialımızı təqdim edirik. 

“Eynək taxmasanız, digər xəstəliklərin yaranması ehtimalı artacaq”

Daimi eynək taxmağın görmə problemini kəskinləşdirdiyi barədə iddialar mövcuddur. Cərrah, "AMT" Klinikasının həkim-oftalmaloqu Mehriban Əlizadə Bakucity.az-la söhbətində göz xəstəliyinə bağlı olaraq problemlərin bir-birindən fərqləndiyini bildirib. Onun sözlərinə görə bəzən insanda görmə qabiliyyəti eynək taxandan sonra bərpa olunur:

“Üç növ göz xəstəliyi var ki, eynəyin taxılmasını labüd edir: hipermetropiya, miopiya və astiqmatizm. Miopiya (yaxınıgörmə) uzağı görmək üçün eynək taxılmasını tələb edir. Hipermetropiya (uzağıgörmə) yaxını görmək üçün  bütün gün ərzində eynək taxılmalıdır, bu, xüsusilə uşaqlar üçün vacibdir. Hətta cüzi hipermetropiyanı erkən yaşlarda eynəyin köməyi ilə aradan qaldırmaq olar. Yaşlandıqca bu problem hətta aradan da qalxa bilər”. 

Mütəxəssis qeyd edib ki, astiqmatizmdə xəstələrdə fokus düzgün olmur, bu da mənzərənin təhrif olmasına səbəb olur. Əgər bu diaqnoz qoyulan şəxs eynək taxmasa, çəpgözlük və ambliopiya (görmənin zəifləməsi) kimi problemlərin yaranması ehtimalı artacaq. 

Ekspert bu gün populyarlaşan antiblik (monitor) eynəklər haqqında da söz açıb. 

“Kompüter arxasında çox işləmək göz yorğunluğuna səbəb olur. Antiblik eynəklər mavi şüanın qarşısını alır. Onlar göz yorğunluğu, gözyaşarması və quruluq kimi simptomları aradan qaldırırlar. Əgər insan monitor qarşısında çox oturursa, 20 dəqiqədən bir gözü tez-tez qırpma, bəbəyin dairəvi hərəkəti, yumub-açma kimi hərəkətlər etməklə gözlərə istirahət vermək lazımdır”, - deyə Əlizadə bildirib.

Mağazalar, xidmətlər və qiymətlər

Bakucity.az yerli optik mağazalarla ətraflı tanışlıq üçün satıcı-məsləhətçiləri ilə əlaqə qurub. “Majesty Optic” optik salonunun əməkdaşı Xanım Zeynalova bildirib ki, onlar oftalmoloq xidməti də göstərirlər. Əgər pasiyent şüşəylə çərçivəni burda sifariş edirsə, həkim yoxlanılışı pulsuz həyata keçirilir. Mağazada eynək sifarişi də qəbul edilir:   

“Ustamız sifarişi yarım saata yerinə yetirir. Amma elə hallar da olur ki, əgər məsələn, müştəri üçün Yaponiyanın "Hoya" şirkətinin premium sinif şüşəsi sifariş olunursa, maksimum 20 gün gözləmək lazım gəlir. Hal-hazırda bizdə 70% endirimlə 33 manata çərçivə əldə etmək olar”, - deyə satıcı-məsləhətçi fikrini yekunlaşdırıb.

“Visus Optic” mağazasında məsləhətçi işləyən Bilal Hacıyev də onlarda da eynək təmiri, hazırlanması və oftalmoloq xidmətinin göstərildiyini deyib. Müştərilər üçün eynək Almaniyadan sifariş edilir və bir ay müddətində çatdırılır. Şüşənin qiyməti onun örtüyündən və proqressivlik dərəcəsindən asılıdır. Günəşdən qoruyan eynəklərin qiyməti istehsalçı ölkə və brendə uyğun olaraq təyin edilir. 

“Oftalmoloq baxışı yalnız kliniklarda həyata keçirilməlidir...”

“Mehdi Optic”in direktoru Mehdi Həsənov hesab edir ki, oftalmoloq analizi yalnız kliniklarda həyata keçirilməlidir və buna görə də, o, öz optikasında bu xidmətdən imtina edib. Burada sifarişlə eynək hazırlanması yarım saat ərzində həyata keçirilir. Burda həmçinin Almaniya, Fransa, İran və Türkiyə kimi müxtəlif ölkələrdən eynək şüşəsi sifariş etmək mümkündür. 

“ISI Optic Mərkəzi”nin əməkdaşı Pərvin Babayeva qeyd edib ki, onlarda oftalmoloq baxışı, həmçinin təmir ödənişsizdir. Bu optikada çərçivə və eynəklərin sifarişi sərfəli qiymətə, 40 manatdan başlayır:

“Əgər biz müştəriyə astiqmatizm üçün eynək hazırlayırıqsa, o, bir gün ərzində hazır olur. Başqa hallarda biz türk şüşəsindən istifadə edirik və belə sifariş bir saat ərzində yerinə yetirilir. Hazırda bizdə bütün mallara və xidmətlərə 30% endirim mövcuddur. Əgər alıcıya antiblik eynək lazımdırsa, biz şüşəni Çindən sifariş etməyi məsləhət görürük”.  

“Bahar Optics” mağazasının satıcı-məsləhətçisi Cavan Qurbanov onların mağazasında yüksək keyfiyyəti ilə seçilən İtaliya və Fransadan şüşə sifarişinin mümkün olduğunu bildirib. Monitor eynəkləri üçün ayrıca şüşə və çərçivə alınması istənilir, bunun üçün 10 manat da ustaya ödənməlidir.

“Emin Optic”də eynək şüşəsini Avropadan sifariş edirlər və eynəyin hazırlanmasını 15 dəqiqəyə başa çatdırdıqlarını vəd edirlər.

Optik salonda oftalmoloq: bu, düzdürmü?

Ekspert kimi müraciət etdiyimiz həkim-oftalmoloq, cərrah Mehriban Əlizadə hesab edir ki, bu, dünya təcrübəsidir, amma məsələ eynək seçərkən  mütəxəssisin savadının hansı səviyyədə olmasından asılıdır:

“Əlbəttə, bu tam düzgün deyil, lakin dünya praktikası göstərir ki, eyni yerdə şüşəni seçmək və eynəyi almaq imkanının olması çox rahatdır. Əsas məsələ optik mağazada heç olmasa internaturanı bitirmiş savadlı mütəxəssisin olmasıdır”.

Nəticə

Bakucity.az araşdırmanın nəticəsi olaraq eynək almazdan öncə, ixtisaslaşmış klinikalarda yoxlanmağınızı və ya optik mağazadakı həkimin peşəkarlığına diqqət göstərməyinizi məsləhət görür. Görmə dərəcəsi və eynək müəyyən edilərkən, göz müalicəsinə də ehtiyac yarana bilər. Söhbət göz sağlamlığınfdan gedir. Göz həyati vacib orqandır. Onunla bağlı qərar verərkən, ehtiyatlı olmaq tövsiyə olunur. 

Sonda oxucularımıza paytaxtımızdakı bəzi optikalardakı qiymətləri təqdim edirik: 

Optika mağazası

Həkim baxışı

Sifariş

Antiblik eynəklər

Günəşdən qorunma eynəkləri

“Majesty Optic”

20 AZN

33-52 AZN

52-70 AZN

113-187 AZN

“Visus Optic”

15 AZN

150-1500 AZN

60 AZN

60 AZN

“ISI Optic Mərkəzi”

Ödənişsiz

40-200 AZN

20-80 AZN

20-350 AZN

“Bahar Optic”

20 AZN

50-600 AZN

20-68 AZN

40-1500 AZN

“Emin Optic”

5 AZN

20 AZN

25-80 AZN

35-250 AZN

“Mehdi Optic”

---

100-150 AZN

30-50 AZN

35-100 AZN

Bakucity.az

Optik eynək Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Ermənilərin dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. BakuCity.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluqdan məlumat verilib. Verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu mü...
Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...