Bakıda "Təbiət mənzərələri" adlı sərgi keçirildi - FOTO

Bakıda "Təbiət mənzərələri" adlı  sərgi keçirildi - FOTO

Sərgiyə 100-dən çox əsər təqdim olunub

Bakucity.az xəbər verir ki, yanvarın 14-də "Leyla ART Studio" qalereyasında "Təbiət mənzərələri" adlı sərgi-konfrans keçirilib.

Tədbir Rəssamlar İttifaqının üzvləri – Elnurə İskəndərova  və Aygün İskəndərova tərəfindən təşkil olunub. 

Təşkilatçıların qeyd etdiyinə görə, sərgiyə müxtəlif rəssamlar 100-dən çox əsər təqdim ediblər. Onlardan 80-ı ictimaiyyətə və sənətsevərlərə təqdim etmək üçün seçilib.

"İşimlə təbii elementin sonsuzluğunu göstərmək istəmişəm, Təbiət böyük sənətkar kimidir, kiçik vasitələrlə vacib effektlərə necə nail olacağını bilir, vaxt isə amansızca keçib uçur, mən də bunları hamıya göstərməyə çalışdım" – Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Oktay Seyfullayev Bakucity.az-a açıqlamasında bildirib.

"Demək olar ki, bütün həyatımı yaradıcılıqla məşğul olmağa sərf etmişəm. Sərgidə iştirak etmək üçün dəvət alanda isə çox xoşbəxt oldum. Mövzu isə çox maraqlıdır - əsasən gənc rəssamların əsərləri təbiət, təbii elementlər və dəyişən mövsümlər mövzusuna toxunur”, - deyə rəssam Qafar Sərvərli bildirib.

Tədbirin sonunda iştirakçılara diplomlar verilib.

Bakıda "Təbiət mənzərələri" adlı  sərgi keçirildi - FOTO, fotoşəkil-1 Bakıda "Təbiət mənzərələri" adlı  sərgi keçirildi - FOTO, fotoşəkil-2 Bakıda "Təbiət mənzərələri" adlı  sərgi keçirildi - FOTO, fotoşəkil-3 Bakıda "Təbiət mənzərələri" adlı  sərgi keçirildi - FOTO, fotoşəkil-4 Bakıda "Təbiət mənzərələri" adlı  sərgi keçirildi - FOTO, fotoşəkil-5

Cəmilə Amirova

Bakucity.az

sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər