Bakıda daha iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

Bakıda daha iki yüksək vəzifəli şəxs işdən çıxarıldı , Javid

Məmurlar yol verdikləri nöqsanlara görə cəzalandırılıblar

Bakucity.az xəbər verir ki, “Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə iki səlahiyyətli nümayəndəsi tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov və həmin rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar:

“Onların vəzifədən azad edilməsinə səbəb vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlar olub. “Azərişıq” ASC tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Təəssüf ki, bu kimi hallar aşkarlanan zaman qanunla lazımi tədbirlər görülür. İş olan yerdə nöqsan hər zaman olur, lakin dövlət əmlakının mənimsənilməsi bağışlanmazdır.

Hazırda “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”nın kobud şəkildə pozulmasında həmin şəxslərin rolunun olub-olmadığı komissiya tərəfindən araşdırılır. Yekun nəticələr barədə mətbuata açıqlama veriləcək”. (Oxu.az)

Bakucity.az

Azərişıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər