Bakı-Həştərxan aviareysi ilə ilk uçuşun tarixi açıqlandı

Bakı-Həştərxan aviareysi ilə ilk uçuşun tarixi açıqlandı

Aviareysinin bərpa edilməsi prezidentlərin görüşündə qaldırılmışdı

Bakucity.az xəbər verir ki, Bakı-Həştərxan aviareysi üzrə ilk uçuş mayın 16-da həyata keçiriləcək. 

Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı “Buta Airways” tərəfindən “Embraer E-190” təyyarələri vasitəsilə həyata keçiriləcək. 

Qeyd edək ki, ötən ilin dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib. 

Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub. 

Bakucity.az

AZAL
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər