Sərginin əsas eksponatlarını İstanbuldan gətirilib.
Bakucity.az xəbər verir ki, yanvarın 18-də Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir.
Qeyd edək ki, sərgi ötən ilin oktyabrın 23-də açılıb.
Bakucity.az