“Bu, cinayət hadisəsidir” - İcradan barelyefin oğurlanmasına reaksiya
Bakucity.az xəbər verir ki, ötən gün Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefin oğurlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir. Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı sözügedən ev isə uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.
“Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Mətbuat Xidmətindən bildirilib ki, oğurluq, cinayət hadisəsidir. Ona görə də bu məsələ polis orqanları tərəfindən araşdırılır. (Qafqazinfo)
Bakucity.az