Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO

Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO

 13 Yanvar Rusiyada mətbuat günü kimi qeyd edilir

Bakucity.az xəbər verir ki, 15 yanvar tarixində  Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Rusiyanın mətbuat günü ilə əlaqədar Azərbaycan və Rusiyanın KİV nümayəndələri ilə ənənəvi görüş baş tutub.

Bakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, bir çox KİV orqanlarını və jurnalistləri RİMM-nin Azərbaycandakı nümayəndəliyinin diplomları ilə təltif edib.

RİMM-də baş tutan tədbirdə Bakı Musiqi Akademiyasının müəllimi Alena İnyakina, tələbələri (BMA) Maqsud Musazadə, Məhəmmədəli Paşazadə, Leyla Cavadova, Aminat Əhmədova, Əziz Ələkbərli, Firuzə Bəylərova, Validə Səmədova, Fazilə Maksimova və Emil İsmayılov iştirak ediblər.  

Tədbirin aparıcısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Aleksandr Hacıyevski olub. 

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında RİMM "Yeni nəsil" proqramı çərçivəsində Həştərxan şəhərində keçirilmiş Xəzər Media Forumunda iştirak edən Azərbaycan media nümayəndələri "Rəqəmsal mühitdə jurnalistika" mövzusunda təlimdə iştirak etməklə, Milli Tədqiqat Universitetinin "İqtisadiyyat Ali Məktəbi" sertifikatlarını alıblar.

Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO, fotoşəkil-1 Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO, fotoşəkil-2 Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO, fotoşəkil-3 Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO, fotoşəkil-4 Bakıda Rusiya mətbuat günü keçirildi - FOTO/VİDEO, fotoşəkil-5

Cəmilə Amirova

Bakucity.az

Bakıda Rusiya mətbuat günü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər