Nərimanov rayonuna yeni polis rəisi təyin edildi

Nərimanov rayonuna yeni polis rəisi təyin edildi , Javid

Polkovnik təyinatını təsdiqləyib

Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nərimanov RPİ-nə yeni rəis təyin edib.

Nərimanov rayon Polis idarəsinin rəisi polkovnik Nəriman İmanov tutduğu vəzifəsindən azad olunub. Onun yerinə isə nazırın digər əmri ilə Yevlax RPŞ-nin rəisi, polkovnik Vaqif Müslümov tutduğu vəzifədən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Müslümov Nərimanov rayon Polis İdarəsinə təyinatını əsdiqləyib.

Xatırladaq ki, bu təyinata kimi Vaqif Müslümov Yevlax, İmişli rayon Polis Şöbələrinin rəisi, Xətai və Nəsimi rayonlarında isə əməliyyat işləri üzrə rəis müavini vəzifələrində çalışıb. (AzNews.az)

Bakucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər